Mançesterdə elektrik kəsintisinə görə dəmir yolunda gecikmələr davam edir
Azertag saytına istinadən Icma.az xəbər verir.
London, 7 avqust, AZƏRTAC
Mançesterdə baş vermiş 90 saniyəlik elektrik kəsintisinin yaratdığı nasazlıqlar səbəbindən Böyük Britaniyanın şimal-qərbində və Böyük Mançester bölgəsində dəmir yolu sərnişinləri ikinci gündür ciddi gecikmələr və reyslərin ləğvi ilə üzləşirlər.
AZƏRTAC BBC-yə istinadla xəbər verir ki, problemlər “Avanti West Coast”, “CrossCountry”, “Lumo”, “Northern”, “TransPennine Express” şirkətlərinin xidmətlərinə təsir göstərib. Məlumata görə, qatarların hərəkətinin günün ikinci yarısına qədər tədricən normallaşacağı gözlənilir. Lakin gecikmələrin günorta saatlarınadək davam edəcəyi bildirilir.
Nasazlıq dünən Mançesterdə baş verən 90 saniyəlik elektrik kəsintisinin dəmir yolu rabitə mərkəzinin fəaliyyətini pozmasından sonra yaranıb. Bu da genişmiqyaslı gecikmələrə və qatar reyslərinin ləğvinə səbəb olub.
Bildirilir ki, yaranmış vəziyyət nəticəsində bir çox qatar gecə ərzində planlaşdırılmayan stansiyalarda qalıb və onların yenidən nəzərdə tutulan marşrutlara qaytarılması müəyyən vaxt aparacaq.
Aytən Abbaslı
AZƏRTAC-ın xüsusi müxbiri
London
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:166
Bu xəbər 07 Avqust 2026 13:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















