Icma.az
close
up
RU
Mandatlı “şoumenlər”...

Mandatlı “şoumenlər”...

Icma.az bildirir, Avtosfer saytına əsaslanaraq.

Milli Məcisdə keçirilən 2025-ci il büdcə müzakirələri bəzi deputatların “şou” düzəltməsi ilə yadda qaldı. Bu cür “şou”ların Azərbaycan qanunverici orqanın fəaliyyətinə yad olduğunu nəzərə alanda, baş verənlər haqlı olaraq təəccüblə qarşılanır. İllərlə susan deputatlarımız “qəhrəmanlıq” eşqinə düşüblər. Səbəbi hələ də müəmmalıdır. Görünür, gündəmə gəlmək, özlərini “seçiciləri düşünən deputat” kimi göstərmək istəyirlər, halbuki, əksəriyyətinin seçildiyi dairəyə seçkidən-seçkiyə getdiyi də sirr deyil.
Sosial problemlər hər yerdə var, amma Azərbaycan sosial-iqtisadi dayanıqlıq baxımından regionun ən güclü ölkəsidir. Ölkədə işsizliyin səviyyəsi minumum səviyyədədir, respublikanın bütün bölgələrində yeni iş yerlərinin yaradılması demək olar ki, hər gün qeydə alınır. Azərbaycan dövləti sosial dövlətdir, Prezident İlham Əliyev də dəfələrlə dövlət siyasətinin mərkəzində vətəndaş rifahının dayandığını vurğulayıb, bunu əməli siyasətdə də həyata keçirib.
Sual yaranır: xalqın sosial problemlərini düşünən Prezident İlham Əliyevdir, yoxsa “qəhrəmanlıq” eşqi ilə “şou” çıxaran deputatlar?
Misal üçün, Siyavuş Novruzov sosial dəstək kimi kəndliyə verilən mal-qaranın xəstə olduğunu, qapıdan kimi kimi öldüyünü iddia edir: “Başqa sahələri deyə bilmərəm, amma kənd təsərrüfatı ilə bağlı şikayətlər çoxdur. Xəstə mal-heyvanları insanlara verirlər, o da qapıdan girəndən üç gün sonra ölür. Onların da bir dəfə almaq şansı var. Kəndliyə iki inək, ona bir illik zəmanət verilir. Heç olmasa, üç aylıq da yeməyini verin. Çünki kəndli onu ehtiyacdan alır”. 
Müzakirələrdə iştirak edən Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev bu iddianın doğru olmadığını faktlarla ispat etdi. Lakin məsələ odur ki, Siyavuş Novruzov doğrudanmı kəndlini düşünür?
Onun deputat fəaliyyətinə nəzərə yetirdikdə, belə olmadığı bəlli olur. Heç kəsə sirr deyil ki, “Molotov kotleti”ndən “bayratlığa” keçən Siyavuş Novruzov bu “qəhrəmanlığı” sadəcə şou xatirinə edir.
Siyavuş Novruzov özünü müharibə veteranları “qayğıkeşi” kimi göstərməyə cəhd etdi. Halbuki özü indiyə qədər Vətən müharibəsi iştirakçılarının birinə belə hansısa köməyi, yardımı etməyib. Yardımı da, dəstəyi də edən dövlətdir.
VII çağırış Milli Məclisə seçilən Səyyad Aran da müharibə iştirakçılarından bəhs edib və bildirib ki, “Vətən müharibəsi veteranlarına 80 manat məbləğin verilməsi ayıbdan ayıbdır”.
Adama deyərlər, ay Səyyad Aran, sən heç müharibə iştirakçılarının sayını, dövlətin onlara verdiyi köməyi, qazi və şəhid ailələrinə göstərilən dəstəyi bilirsənmi?
Əminliklə deyə bilərik ki, deputat Səyyad Aranın bundan xəbəri yoxdur, sadəcə, yeni çağırış parlamentin ilk müzakirələrində “yadda qalmaq” istəyi ilə şou göstərməklə məşğuldur. Səyyad Aranı görəndə keçmiş deputat Çingiz Qənizadəni xatırlamamaq mümkün deyil. S.Aranın deputat olduğu dairəni vaxtilə Çingiz Qənizadə təmsil edirdi, həm dövləti, həm seçiciləri yaxşı da təmsil edirdi. İndi Səyyad Arana baxanda Çingiz Qənizadənin yeri görünür. Çünki Çingiz Qənizadə parlamentin funksiyasının qanunları müzakirə edib, onu qəbul etmək olduğunu yaxşı bilirdi, irəli sürdüyü təşəbbüslər də həmişə dövlətin və xalqın maraqlarına uyğun olurdu. Bu gün Ç.Qənizadə deputat olmasa belə, Prezident İlham Əliyevin siyasi, sosial və iqtisadi siyasətini Səyyad Arandan daha yaxşı mediada və telekanallarda çıxışları ilə təbliğ edir. Belə görünür ki, dövlət və millətin yanında olan, sosial-iqtisadi siyasəti müdafiə edən kənarda qaldı, “şou” göstərənlər parlamentə düşdü. Min təəssüf...
Təəssüf ki, parlamentdə seçicilərinin yolunu tanımayan, illərdir kürsüdən əl çəkməyən, öz maraqları hesabına şou göstərən deputatlar hələ də qalır və belə görünür ki, yenilər arasında da belələri var, elə Səyyad Aran kimi!

(demokrat.az)

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:128
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 28 Noyabr 2024 15:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zelenski müharibəyə son qoymaq üçün əsas strategiyanı açıqladı

19 İyul 2026 18:51see266

Wildberries hücumları Rusiya iqtisadiyyatının belini qıra bilər...

19 İyul 2026 18:13see235

Moskva üzərində kütləvi PUA hücumu: hərbi və logistika obyektləri vuruldu Ukrayna KİV ləri

20 İyul 2026 13:35see225

Bu bankların aktivləri 1 milyard manatdan çoxdur

20 İyul 2026 10:04see218

Əksərinin zibilə atdığı kartof qabığının bilinməyən istifadələri

19 İyul 2026 10:15see211

Alimlər ölüm anında beynin nə etdiyini ilk dəfə qeydə aldı

19 İyul 2026 15:07see208

Çimərliklərə gedənlərə FHN dən təkrar Müraciət

19 İyul 2026 18:21see198

Valeh Kərimovdan zarafatyana cavab: “Sərin yer axtarıram, deyirlər ki, Mingəçevirdə…“

19 İyul 2026 15:01see196

“Aya bir addım: “Artemida III“ missiyası bəşəriyyətə nə göstərəcək?“ NASA

19 İyul 2026 19:24see195

Trampın masasında şok sənəd GİZLİ DETALLAR KONKRET

20 İyul 2026 00:02see187

Arakçı Xameneinin öldürülməsinin təfərrüatını açıqladı: Təhlükəsizlik sızması olmuşdu

19 İyul 2026 19:02see185

Azərbaycanlı sənətkarın əsərləri Türkiyədə nümayiş olunur

19 İyul 2026 20:21see176

Göyçə gölündə Qağayılar adası VİDEO

19 İyul 2026 19:44see172

Şuşada ilk açıq hava kitabxanası

20 İyul 2026 14:57see171

“Yuventus” Kini satdı

20 İyul 2026 00:29see170

Dünya çempionatı: Final oyununda ikinci hissə başladı

20 İyul 2026 00:29see169

Şuşada bədii musiqili kompozisiya nümayiş olunub

19 İyul 2026 20:37see169

Bakıda mağazada qadını döyən saxlanıldı

19 İyul 2026 13:38see161

Üzüm yarpağının suyu niyə daşır?

20 İyul 2026 00:23see161

İran XİN: Milli maraqlarımız nəzərə alınarsa, ABŞ ilə danışıqların bərpası mümkündür

21 İyul 2026 00:42see159
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri