“Mano Erməni” ləqəbli Hizbullah komandiri zərərsizləşdirilib
Icma.az, Modern.az portalına istinadən məlumatı açıqlayır.
“Hizbullah”la əlaqəli informasiya resursları təşkilatın yüksək rütbəli üzvlərindən biri, “Mano Erməni” ləqəbi ilə tanınan Manuel Babikyanın İsrail ordusu ilə döyüşlərdə öldürüldüyünü təsdiqləyib.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, Babikyan təşkilatın veteran döyüşçülərindən biri olub və onun hərbi infrastrukturunun formalaşmasında əsas fiqurlardan sayılıb.
Bildirilib ki, o, Beyrutun Burj Hammud səmtində əməliyyat sektoruna rəhbərlik edib.
Məlumata görə, təşkilat daxilində yüksək mövqeyə malik olması ona Dahiya bölgəsində yerləşən xüsusi panteonda dəfn olunmaq hüququ verirdi. Lakin sonradan bu qərar dəyişdirilib.
Qeyd olunur ki, zərərsizləşdirilən komandirin meyiti Ermənistana göndərilmək üçün hazırlanır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:137
Bu xəbər 14 Aprel 2026 12:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















