Maradonanı “həkimlər mafiyası” öldürüb?
Icma.az, sport24.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Dieqo Maradonanın qızı qarşıdan gələn məhkəmə prosesi ilə əlaqədar mafiyadan qorxduğunu göz yaşları içində bildirib. Sport24.az xəbər verir ki, 2020-ci ilin noyabrında Dieqo Maradona miokard infarktından dünyasını dəyişib. Lakin ailəsi faciədə həkimlərin əli olduğuna inanır. 2021-ci ildə aparılan araşdırma zamanı həkimlərin "uyğun olmayan və ehtiyatsız hərəkət" etdiyini müəyyən olunub.
Məhkəmə martın 11-də baş tutacaq və həkimlərin günahı sübuta yetirilərsə, onları 25 ilə qədər həbs gözləyir.
Maradonanın qızı radioya açıqlamasında anasının mafiyadan qorxduğunu, lakin özü susmaq fikrində olmadığını deyib: "Mən kimə qarşı olduğumu bilirəm".
Təqsirləndirilənlər arasında neyrocərrah Leopoldo Luke, psixiatr Aqustina Kosaçova, psixoloq Karlos Diaz və Maradonaya qulluq edən digər həkimlər var.
Baxış sayı:114
Bu xəbər 02 Mart 2025 14:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















