Marketdən çıxanlar şok etdi: Saxta araqlar, vaxtı keçmiş ərzaqlar...
Yenisabah saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Kürdəmir rayonunda fəaliyyət göstərən marketdə saxta alkoqollu içkilər və yararlılıq müddəti bitmiş qida məhsulları aşkarlanıb.
“Yeni Sabah” xəbər verir ki, Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları Kürdəmir rayonu, Bakı prospekti, Dördyol dairəsində yerləşən, Baxşıyev Nizami Vəlixan oğluna məxsus “Güvən Store” marketdə nəzarət tədbiri keçiriblər.
Yoxlama zamanı marketdə normativ hüquqi aktların tələblərinin pozulduğu müəyyən edilib. Belə ki, etiket məlumatları olmayan, eləcə də yararlılıq müddəti başa çatmış müxtəlif əmtəə nişanlı qida məhsulları aşkarlanıb. İnternet mağaza
Bundan başqa, “Organic Gold”, “Gümüş Güllə” və “Organic Vodka” əmtəə nişanları ilə saxtalaşdırılaraq istehsal edilmiş alkoqollu içkilər də aşkar edilib.
Faktla bağlı inzibati protokol tərtib olunub. İstehlaka yararsız məhsullar satışdan çıxarılaraq araşdırılması üçün aidiyyəti orqana göndərilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:102
Bu xəbər 26 Noyabr 2026 12:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















