Icma.az
close
up
RU
Marketlərin önündə satılan saqqızlar zəhərlənməyə səbəb ola bilər? MÜHÜM AÇIQLAMA

Marketlərin önündə satılan saqqızlar zəhərlənməyə səbəb ola bilər? MÜHÜM AÇIQLAMA

Bizim media portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Ötən gün Bakıda 8 məktəblinin saqqızdan zəhərlənməsi ehtimalı diqqətləri bu məhsulun üzərinə yönəltdi. Xüsusilə də marketlərin önündə yay-qış açıq havada, gün altında qalan, qəpik atmaqla aparatlardan əldə olunan saqqızların guya zəhərlənməyə səbəb olduğu iddia edilir. Bildirilir ki, boyalı saqqızlar günün təsirinə məruz qaldığı üçün tərkibi dəyişir, zəhərlənməyə səbəb olur.
 

MÖVZU İLƏ BAĞLI:
Saqqızdan ZƏHƏRLƏNDİKLƏRİ ehtimal edilən şagirdlərin SON DURUMU


Bu kimi iddialar insanlarda narahatlıq yaradır, çünki valideyn nəzarətindən azacıq yayınan kimi uşaqlar belə saqqızlar almağa tələsirlər.
Ümumiyyətlə saqqız zəhərlənmə verə bilərmi?
Qida mütəxəssisi Aysel Qəniyeva Bizim.Media-ya bildirib ki, gün altında saxlanılan saqqızların keyfiyyəti müəyyən qədər dəyişə bilər, lakin bu dəyişiklik yüksək təhlükəli səviyyəyə çatmır:
“Saqqıza qatılan aromatizatorlar və boya maddələri günün təsirindən dad və qoxu dəyişikliklərinə səbəb ola bilər. Bu, məhsulun keyfiyyətinin pisləşməsi deməkdir, amma təhlükəli toksik təsir yaratmır. Həmin rəngləndiricilər məhz qida boyalarıdır və müəyyən temperatur həddinə qədər dözümlüdür”.
Mütəxəssis diqqətə çatdırır ki, əsl risk daha çox gigiyenik məsələlərlə bağlıdır: aparatların təmizliyi, içindəki məhsulların saxlanma müddəti və s.
 

“Amma bu hallarda belə saqqızın dadı və teksturası pozula bilər, lakin zəhərlənmə üçün ciddi əsas yaranması nadir haldır. Sosial şəbəkələrdə iddia edildiyi kimi “kəskin zəhərlənmə” riski elmi olaraq mümkün deyil”.


Xatırladaq ki, Bakıda 14 nömrəli tam orta məktəbin 8 şagirdinin saqqızdan zəhərləndiyi ehtimal olunur. Məktəb rəhbərliyinin dərhal təcili tibbi yardım çağırması sayəsində şagirdlər müvafiq səhiyyə müəssisəsinə çatdırılıblar. Hazırda şagirdlərin vəziyyətlərinin qənaətbəxş olduğu bildirilir.
Şəfiqə Şəfa, Bizim.Media

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:125
embedMənbə:https://bizim.media
archiveBu xəbər 12 Dekabr 2025 16:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see290

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see259

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see206

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see195

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see187

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see185

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see182

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see174

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see167

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see153

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see148

Trampın Sülh Şurası: BMT yə qarşı siyasi cihad

25 Yanvar 2026 15:28see147

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see147

Azərbaycan Premyer Liqası: Sabah Karvan Yevlax la qarşılaşacaq

25 Yanvar 2026 09:30see146

“Apple” bu il bu məhsulları təqdim etməyi düşünür YENİLİKLƏR

26 Yanvar 2026 07:23see144

SOCAR ın əməkdaşı qəzada öldü Fotolar

25 Yanvar 2026 11:33see143

Xabi Alonso Liverpul u çalışdıra bilər

25 Yanvar 2026 16:21see139

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see138

2000 dollarlıq ətir və eynəklər alıram

25 Yanvar 2026 17:10see138

Azərbaycanda uşaqlı ailələrə 500 manat pul veriləcək? RƏSMİ CAVAB

26 Yanvar 2026 06:26see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri