Marko Rubio Çin vətəndaşlarına verilən tələbə vizalarının ləğvi üçün yeni planı açıqlayıb
Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Bakı, 29 may, AZƏRTAC
ABŞ Dövlət katibi Marko Rubio Çin vətəndaşlarına verilən tələbə vizalarının ləğvi üçün yeni planı açıqlayıb.
AZƏRTAC “Newsweek” nəşrinə istinadla xəbər verir ki, bununla da Pekin və Vaşinqton arasında qarşıdurma yeni səviyyəyə yüksəlib.
“Birləşmiş Ştatlar Çin Kommunist Partiyası ilə əlaqəsi olan və ya kritik sahələrdə təhsil alan şəxslər də daxil olmaqla, çinli tələbələrin vizalarını ləğv edəcək”, - deyə diplomat bildirib.
Ağ ev, həmçinin ABŞ konsulluqlarında və səfirliklərində tələbə vizasının verilməsi ilə bağlı bütün prosedurları dayandırıb. Fasilə zamanı tələbə vizası üçün müraciət edənlərin sosial media yoxlanışından keçməsini tələb edən yeni siyasət müzakirə olunacaq.
Tələbə vizaların ləğvi ilə bağlı kəskin etirazını ifadə edən Çinin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mao Nin Birləşmiş Ştatları milli təhlükəsizliyi bəhanə edərək ideoloji səbəblərə görə davranmaqda günahlandırıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:49
Bu xəbər 29 May 2025 14:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















