Icma.az
close
up
RU
Marneulidə “Konstitusiya və Suverenlik İli” çərçivəsində bilik yarışı keçirilib

Marneulidə “Konstitusiya və Suverenlik İli” çərçivəsində bilik yarışı keçirilib

Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Tbilisi, 20 sentyabr, AZƏRTAC

Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzinin (GAİM) təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində sentyabrın 20-də Marneulidə azərbaycanlı şagirdlər arasında bilik yarışı keçirilib.

AZƏRTAC xəbər verir ki, yarışın açılışında çıxış edən GAİM-in icraçı direktoru Murad Muradov bu kimi layihələrin gənclərin hüquqi biliklərinin artırılmasına və onlara milli dəyərlərin açıqlanmasına xidmət etdiyini bildirib.

Azərbaycan Respublikasının Gürcüstandakı səfirliyinin müşaviri Samir Əbdürəhimov çıxış edərək “Konstitusiya və Severenlik İli” çərçivəsində bilik yarışmasının uğurla keçirilməsi münasibətilə iştirakçıları təbrik edib. O, Dövlət Suverenliyi Gününün tarixinə nəzər yetirərək suverenliyin tam bərpasında müasir müstəqil Azərbaycan dövlətinin banisi Ümummilli Lider Heydər Əliyevin və onun layiqli davamçısı Prezident İlham Əliyevin uğurlu siyasətinin, Azərbaycan Ordusunun rəşadətinin və Azərbaycan xalqının birliyinin rolunu qeyd edib. Diplomat belə bir uğurun əldə olunmasının təməlində istər ölkə rəhbərliyi, istərsə də Silahlı Qüvvələr səviyyəsində təhsil, səriştə və peşəkarlığın durduğunu nəzərə çatdırıb və bu xüsusda, bilik yarışması kimi təşəbbüslərin və ümumilikdə təhsilin vacibliyini vurğulayıb. 7 komandanın iştirak etdiyi yarışmada məktəblilərə Konstitusiya, dövlət suverenliyi və milli dəyərlərlə bağlı suallar təqdim olunub.

Yarışın nəticələrinə əsasən komanda hesabında Rustavi Təhsil və Mədəniyyət Mərkəzi (mərkəzin yetirmələri Lalə Mehdiyeva, Sulxan Allazov, Tamilə Omarova, Xədicə Yusubova, Mahir Dərziyev) birinci, Qabal İnkişaf Mərkəzinin şagirdləri (Səbinə Nəbiyeva, Səma İmamquluyeva, Lamiyə İmaməliyeva, Rəhman Namazov, Sona Sultanova) ikinci, GAİM-in şagirdləri (Simar Bayramov, Alihüseyn Mahmudov, Səhər Məmmədli, Nərminə Əliyeva, Amilə Ağayeva) isə üçüncü yerə çıxıblar.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:75
embedMənbə:https://azertag.az
archiveBu xəbər 20 Sentyabr 2025 20:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see155

Əfsanəvi əqrəb qurtarışı təkrarlandı VİDEO

21 Dekabr 2025 23:53see154

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see152

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see150

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see149

ABŞ Venesuela yaxınlığında üçüncü tankeri ələ keçirdi

21 Dekabr 2025 19:59see148

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see145

Putin liderlərlə bir araya gəldi

21 Dekabr 2025 19:59see142

Beyləqanda DƏHŞƏT: 68 yaşlı qadını boğaraq öldürdü

21 Dekabr 2025 18:22see142

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see138

Devid Bekhem və arvadı oğullarının sosial səhifəsini bloklayıblar

21 Dekabr 2025 20:01see137

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see135

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see134

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see134

Oxumağa gəlmişdilər, Donbasda həyatlarına son qoydular...

22 Dekabr 2025 01:19see132

ABŞ ın neftini KİM OĞURLAYIB KONKRET

21 Dekabr 2025 18:34see130

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see129

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see129

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see126

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri