Icma.az
close
up
RU
Menu

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

ChatGPT də problem yarandı

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

Quraqlıqdan ən çox zərər çəkən BÖLGƏLƏR “Əkin sahələri istifadəsiz qalıb”

Bakıda avtomobil sürücüsü ilə birgə yandı YENİLƏNİB

Azərbaycan Kuboku: Turan Tovuz üçün asan sınaq, Zirə Neftçi yə qarşı

MİDA nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? Foto

“Kontakt Home”da ər arvadını bıçaqladı

Tələblər bəzən o qədər sərt olur ki, çox istedadlı, elmə həvəsli gənclərin qarşısını alır Firdovsiyyə Əhmədovadan ETİRAZ

İspaniya mətbuatı: Xabi Alonsonun Real dakı taleyi qarşıdakı 3 oyundan asılıdır

Paşinyan Minsk Qrupu nun 2019 cu il təkliflərinə niyə cavab vermir? İki mühüm səbəb

Mart ayında sahibkarlar nə qədər ziyan edirlər? 50 70 min...

Mart ayında sahibkarlar nə qədər ziyan edirlər? 50 70 min...

Qaynarinfo saytına istinadən Icma.az xəbər verir.

Mart ayında qeyri-iş günlərinin sayı rəsmi olaraq açıqlandı. Məlum oldu ki, mart ayı ərzində ardıcıl 12 gün tətil olacaq. Bu qərar ictimai müzakirələrə səbəb olub və xüsusilə kiçik sahibkarların narahatlığına gətirib çıxarıb. Sahibkarlar sosial şəbəkələrdə etirazlarını ifadə edərək bildirirlər ki, ardıcıl bu qədər qeyri-iş gününün olması onların biznesinə ciddi təsir göstərəcək. Yəni bizneslər tətil günlərində hansı məbləğdə itkilərlə üzləşirlər və bu, onların fəaliyyətinə necə təsir edir?

Valyuta.az bu məsələ ilə bağlı bir neçə sahibkarın fikirlərini öyrənib.

"Təkcə mart ayında 50-70 min manat ziyana düşürük”

"Azeri Express” şirkətinin baş icraçı direktoru, Amerika yükdaşıma nəhənglərindən biri olan "FedEx”in Azərbaycan üzrə ölkə rəhbəri Şaiq Qəribzadə qeyri-iş günlərinin kiçik bizneslər üçün ciddi problem yaratdığını bildirib: 

"İri şirkətlər və hegemon holdinqlər üçün bu vəziyyət o qədər də problemli olmaya bilər. Onların kifayət qədər maliyyə ehtiyatları var və bu müddətdə gəlir əldə etməsələr belə, işçilərinin maaşlarını ödəyə bilirlər. Hətta bəziləri bu vaxtı istirahət üçün istifadə edir. Lakin kiçik sahibkarlar ilin sonunda müəyyən qazanca çatmaq uğrunda mübarizə aparırlar. 

Düzdür, qeyri-iş günlərinin çoxluğu bizneslərə görə dəyişir. Məsələn, şəhərin kənarında yerləşən restoranlar üçün bayramlar daha çox müştəri cəlb edə bilər. Ancaq biznes mərkəzlərinin yaxınlığında fəaliyyət göstərən restoranlar əsas qazancı iş günlərində, biznes-lançları zamanı əldə edirlər. Bayramlarda onların gəliri kəskin azalır”.


Ş.Qəribzadə poçt xidmətlərinin də uzunmüddətli tətillərdən ciddi zərər gördüyünü bildirib: 

"Bayram günlərində nə poçt göndərilir, nə də qəbul edilir. Amma ayın sonunda işçilərin maaşlarını eyni qaydada ödəməliyik. Təkcə mart ayındakı bayramlara görə 50-70 min manat ziyana düşürəm. Kiçik sahibkarlar üçün bu, çox böyük məbləğdir”. 

"Ticarət və xidmət sektoru tətillər zamanı ağır zərbə alır”

Sahibkar Nicat Manafov son illərdə qeyri-iş günlərinin sayının artmasının özəl sektor üçün ciddi problemlər yaratdığını bildirib: 

"Dövlət sektorunda çalışanlar üçün bu tətillər müəyyən rahatlıq yaratsa da, özəl sektorda, xüsusən də kiçik biznes sahibləri üçün ciddi maliyyə çətinlikləri ilə müşayiət olunur. Dövlət işçiləri üçün maaş dövlət büdcəsindən maliyyələşdiyi üçün tətillərin sayı onların gəlirlərinə təsir etmir. Lakin özəl sektorda hər bir qeyri-iş günü biznesin dövriyyəsinə, işçi maaşlarının ödənilməsinə və digər xərclərə birbaşa təsir edir. Xüsusilə ticarət, xidmət və istehsalat sahəsində fəaliyyət göstərən sahibkarlar üçün uzunmüddətli qeyri-iş günləri gəlirin azalması, lakin xərclərin sabit qalması deməkdir”.


N.Manafov qeyd edib ki, mart ayında ardıcıl 12 gün qeyri-iş gününün olması bir çox sahibkarları çətin vəziyyətə salıb: 

"Bu müddət ərzində mağazalar, restoranlar və digər biznes obyektləri ya  fəaliyyətini dayandırır, ya da minimal səviyyəyə endirir. Ancaq işçi maaşları, icarə haqları və digər öhdəliklər əvvəlki qaydada qalır. Bu məsələnin həlli üçün tətillərin fərqli günlərə bölünməsi, sahibkarlar üçün vergi və icarə güzəştlərinin tətbiq olunması və ya qeyri-iş günlərində işləmək istəyən bizneslər üçün müəyyən çevik qaydaların müəyyənləşdirilməsi kimi addımlar atıla bilər. Çünki kiçik biznes təkcə sahibkarlar üçün deyil, həm də iqtisadiyyatın ümumi inkişafı üçün vacib bir sütundur”.

"Müştərilərimiz ödənişləri gecikdirir, bu da bizə zərbə vurur”

"Best Team” şirkətinin rəhbəri Amir Səlimov bildirib ki, müqavilə əsasında fəaliyyət göstərən sahibkarlar üçün bu müddət ərzində işçilərin maaşlarını ödəmək böyük maliyyə yükünə çevrilir:

"İşçi heyətimizlə müqavilə əsasında əməkdaşlıq edirik və bayram günlərindən asılı olmayaraq onların maaşını tam şəkildə ödəməliyik. Müqavilələrdə bu cür uzun tətillər üçün xüsusi şərtlər nəzərdə tutulmadığından, mart ayının əməkhaqqısı tam ödənilir. Bundan əlavə, satış şirkəti olaraq müştərilərimizin məhsul və xidmətlərinin satışını həyata keçiririk. Bu prosesdə menecerlərimizə də maaş veririk”.


A.Səlimov mart ayında qeyri-iş günlərinin çox olmasının bəzi şirkətlərin əməkdaşlığı müvəqqəti dayandırmasına səbəb olduğunu qeyd edib: 

"Şirkətlər ayın yalnız 12 günündə aktiv olduğu üçün tam ödəniş etmək istəmirlər. Bu isə bizə üçün ciddi maliyyə yükü yaradır. Müştərilərdən daxilolmalar azalır, amma maaş, icarə və digər xərcləri şəxsi hesabımızdan ödəməli oluruq. Nəticədə, mart ayı ərzində 2-3 min manat zərər edirik. Bu problemin həlli üçün aidiyyəti qurumların sahibkarların üzləşdiyi çətinlikləri nəzərə alması vacibdir”.

"Dövlət qurumları və korporativ müştərilər işləmədikdə...”

"VIP Electronics” şirkətinin rəhbəri Nicat Quliyev isə bildirib ki, onların müştərilərinin əksəriyyəti dövlət qurumları və korporativ sektora aid olduğu üçün bu qrumların tətildə olması birbaşa onların fəaliyyətinə təsir edir: 


"Mart ayında 12 gün qeyri-iş gününün olması bu qurumların faktiki olaraq işləməməsi deməkdir. Belə olan halda, 30 günlük iş dövründən 12 günün tamamilə boş keçməsi və qalan günlərin də istirahət günlərinə təsadüf etməsi biznes mühitində ciddi durğunluq yaradır. Bu müddətdə yeni müştərilərə xidmət göstərmək demək olar ki, mümkün olmur. Yalnız köhnə müştərilərə servis xidməti təklif edilsə də, bu, gəlirlərin 70-80% azalmasına səbəb olur”. 

O, əlavə edib ki, bayramdan sonra da işlərin dərhal aktivləşməsi gözlənilmir və bu proses aprelin ortalarına qədər davam edə bilər.

"Tətil yalnız həmin günlərə deyil, öncəki və sonrakı günlərə də təsir edir”

"V Soft MMC” şirkətinin rəhbəri Elmir İmanlının fikrincə, bu, təkcə onların şirkətinə deyil, turizm və əyləncə xidmətləri istisna olmaqla, bütün "B2B” xidmət göstərən şirkətlərə mənfi təsir edir:


"Mart ayında olan 12 günlük tətilin təsiri təkcə həmin günləri deyil, həm öncədən, həm də sonradan bir neçə günü əhatə edən təsirə malikdir.

"ERP” xidmətlərinin tətbiqi ilə məşğuluq və bu proses minimum 2-3 ay çəkir. Bu səbəbdən, şirkətlər adətən tətil ərəfəsində "ERP” tətbiqi ilə bağlı qərar vermirlər. Nəticədə, tətilə qədər ən azı 5 gün ərzində potensial müştərilərin qərar verməsini gözləyirik və bu müddət itirilmiş hesab olunur. Tətil bitdikdən sonra isə müəssisələr əvvəlcə daha prioritet məsələləri həll etməyə çalışır, bu da ən azı 5 günlük bir gecikməyə səbəb olur”. 

"Bu tip uzun tətillər "B2B” xidmət göstərən bizneslər üçün ciddi çətinliklər yaradır və sahibkarlar yalnız öz maliyyə resursları hesabına bu dövrü keçməyə çalışırlar”, - deyə o, əlavə edib. 

"İşçilərin motivasiya və diqqət itkisi biznesi zəiflədir”

"Customar” şirkətinin həmtəsisçisi Araz Davud bildirib ki, xidmət sektorunda fəaliyyət göstərən proqramlaşdırma şirkəti olaraq, maliyyə itkisini konkret rəqəm və faizlə göstərmək mümkün deyil:

"Lakin potensial müştərilər və digər amilləri nəzərə alsaq, bu göstəricinin təxminən 20% civarında olduğunu demək  olar”.

A.Davud deyir ki, biznes üçün ən böyük çətinliklərdən biri də tətil sonrası motivasiya və diqqət itkisidir: "İşçilər gündəlik iş proseslərinə adaptasiya olmaqda çətinlik çəkir, bu da xüsusilə yaradıcı sahələrdə məhsuldarlığın azalmasına səbəb ola bilər. Sahibkarlar üçün isə iş və istirahət günləri arasında sərhəd demək olar ki, yoxdur. Çünki biznesin davamlı fəaliyyəti və müştəri tələblərinə cavab vermək əsas prioritetdir. Bu səbəbdən sahibkarlar işə fasiləsiz davam etməli olurlar”. 


A.Davud vurğulayıb ki, mart ayında maliyyə çətinlikləri təkcə iş günlərinin azalması ilə bağlı deyil, həm də bir sıra digər amillərlə əlaqəlidir:

"Bu dövrdə müştərilərin və potensial müştərilərin tətildə olması, bankların və maliyyə institutlarının fəaliyyətinin məhdudlaşması, həm qərarvermə proseslərini, həm də ödənişləri ləngidə bilər. Bankların bağlanması isə layihələrin maliyyələşdirilməsi və ödənişlərin tamamlanması baxımından əlavə çətinliklər yaradır.

Bundan əlavə, iş günlərinin az olması səbəbindən sabit xərclər (əmək haqqı, ofis xərcləri və s.) ümumi dövriyyəyə nisbətən daha yüksək faizlə ödənilməli olur. Eyni zamanda, müştərilərin tətildə olması xidmət və məhsullara marağın azalmasına və satış dövriyyəsinin müvəqqəti geriləməsinə səbəb ola bilər”.


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:115
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 03 Mart 2025 13:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

02 Dekabr 2025 16:57see475

ChatGPT də problem yarandı

03 Dekabr 2025 00:36see380

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

02 Dekabr 2025 23:53see374

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

02 Dekabr 2025 08:15see333

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

03 Dekabr 2025 00:53see316

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

03 Dekabr 2025 00:42see287

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

02 Dekabr 2025 21:45see287

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

03 Dekabr 2025 00:38see282

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

03 Dekabr 2025 16:51see198

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

03 Dekabr 2025 00:24see162

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

03 Dekabr 2025 00:10see162

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

02 Dekabr 2025 20:43see161

Quraqlıqdan ən çox zərər çəkən BÖLGƏLƏR “Əkin sahələri istifadəsiz qalıb”

02 Dekabr 2025 15:20see152

Bakıda avtomobil sürücüsü ilə birgə yandı YENİLƏNİB

03 Dekabr 2025 09:08see151

Azərbaycan Kuboku: Turan Tovuz üçün asan sınaq, Zirə Neftçi yə qarşı

02 Dekabr 2025 09:28see139

MİDA nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? Foto

03 Dekabr 2025 15:21see136

“Kontakt Home”da ər arvadını bıçaqladı

02 Dekabr 2025 22:20see133

Tələblər bəzən o qədər sərt olur ki, çox istedadlı, elmə həvəsli gənclərin qarşısını alır Firdovsiyyə Əhmədovadan ETİRAZ

03 Dekabr 2025 12:22see131

İspaniya mətbuatı: Xabi Alonsonun Real dakı taleyi qarşıdakı 3 oyundan asılıdır

02 Dekabr 2025 08:42see128

Paşinyan Minsk Qrupu nun 2019 cu il təkliflərinə niyə cavab vermir? İki mühüm səbəb

02 Dekabr 2025 21:29see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri