Martinelli hərəkətinə görə Bredlidən üzr istəyib FOTO/VİDEO
Idman.biz saytına istinadən Icma.az xəbər verir.
“Arsenal”ın vingeri Qabriel Martinellinin “Liverpul”un müdafiəçisi Konor Bredli ilə matç zamanı baş verən insidentdən sonra üzr istədiyi açıqlanıb.
İdman.Biz xəbər verir ki, hadisə İngiltərə Premyer Liqasının 21-ci turunda “Arsenal” ilə “Liverpul” arasında keçirilən və 0:0 hesabı ilə başa çatan qarşılaşmanın ikinci hissəsinə əlavə olunmuş vaxtda yaşanıb.
Epizod zamanı Konor Bredli topu uzaqlaşdırdıqdan sonra ayağı burxularaq yerə yıxılıb. Qabriel Martinelli isə onun vaxt uzatmaq üçün yan xəttə yaxın yerdə uzandığını düşünərək meydandan kənara itələməyə çalışıb. Bu hərəkət “Liverpul” futbolçularının etirazına səbəb olub və meydanda kütləvi qarşıdurma yaranıb. Nəticədə Bredli stadionu qoltuqağacları ilə tərk edib.
Martinelli daha sonra sosial şəbəkədə yazıb ki, Konorla mesajlaşıb və ondan üzr istəyib. O bildirib ki, mübarizənin gərgin anında rəqib futbolçunun ciddi zədə aldığını anlamayıb və reaksiyasına görə dərin təəssüf hissi keçirir. Braziliyalı futbolçu Konor Bredliyə tezliklə sağalma arzuladığını da əlavə edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:65
Bu xəbər 09 Yanvar 2026 10:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















