Martines Ronaldu ilə bağlı qərarına aydınlıq gətirdi
Icma.az, Idman.biz portalına istinadən məlumat yayır.
Portuqaliya futbol millisinin baş məşqçisi Roberto Martines Kriştianu Ronaldunun DÇ-2026-nın növbəti oyununda istirahət edib-etməyəcəyi ilə bağlı danışıb.
İdman.Biz xəbər verir ki, ispaniyalı mütəxəssis 41 yaşlı hücumçunun meydanda düzgün mövqe seçmək bacarığını xüsusi vurğulayıb:
“Ronaldu doğru zamanda doğru yerdə olmağa öyrəşib. O, mövqeyində çox intizamlıdır və komanda yoldaşları üçün boş zonalar da yaradır”.
Martines Ronaldunun fiziki və psixoloji durumunda problem olmadığını bildirib:
“Onun fiziki və mental vəziyyəti sual doğurmur. Növbəti matçda dəyişikliklər etməyimiz lazım ola bilər. Amma hər qərarı əlimizdə olan informasiya və məlumatlara əsasən veririk”.
Bu mövzuda digər xəbərlər:Lisandro Martines kubok mərasimindəki qalmaqala aydınlıq gətirdi
28 İyul 2026 21:52
Ronaldu ilə yenidən bir araya gələ bilər: Martines “Əl Nəsr”lə danışır
18 İyun 2026 12:05
Höylund Ronaldu paylaşımına aydınlıq gətirdi: “Mən bunu deməmişəm”
03 Oktyabr 2026 23:02
Martines: “Ronaldu dünya çempionu olmasa belə, tarixin ən yaxşı futbolçusu olaraq qalacaq”
24 Fevral 2026 07:16
Martines razılıq verdi
27 Avqust 2026 18:31
Baxış sayı:188
Bu xəbər 28 İyun 2026 14:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















