Icma.az
close
up
RU
“Masada dünyanın bölüşdürülməsi prosesi olacaq”

“Masada dünyanın bölüşdürülməsi prosesi olacaq”

Xalqcebhesi portalından verilən məlumata əsasən, Icma.az bildirir.

“ABŞ Rusiya münasibətləri intensiv sürətdə davam edir. Müşahidəmcə, bu münasibətlər birtərəfli qaydadadır. Yəni ABŞ tərəfindən Rusiyaya edilən güzəştlər gündəmdədir. Bu nədən ibarətdir? Birincisi, ABŞ-də fəaliyyət göstərən rus oliqarxlarına məxsus banklarda əmlakların müsadirə olunması ilə əlaqədar Komitənin Tramp tərəfindən ləğv edilməsi və həmin Komitənin narkomaniyaya çevrilməsidir. İkincisi, ABŞ ilə Rusiya arasında diplomatik münasibətlər 2020-ci ildən bəri konkret olaraq kəsilib. Bu, Rusiyanın Ukraynaya hücumundan sonra olub”.

Bu sözləri xalqcəbhəsi.az-a açıqlamasında politoloq Yusif Bağırzadə söyləyib.

Politoloq bildirib ki, artıq bu münasibətlər bərpa olunur: “Hətta belə deyərdim ki, birinci görüş Səudiyyə Ərəbistanında, ikinci görüş Türkiyənin İstanbul şərəhində ABŞ-yə məxsus Baş Konsulluqda keçirildi. Hansı ki, birinci görüş də Türkiyədə keçirilməli idi. Bununla əlaqədar Türkiyə tərəfi qeyri-diplomatik yollarla narazılığını bildirdi. Ona görə də bu münasibətlərin bərpa edilməsi ilə əlaqədar Rusiyanın xarici işlər naziri Sergey Lavrov Türkiyəyə təcili səfər etdi. Buna görə ikinci görüş İstanbulun ABŞ-yə məxsus Baş Konsulluğunda keçirildi”.

Y.Bağırzadənin sözlərinə görə, Ukrayna Prezidenti Zelenski istəsə də, istəməsə də Tramp onu masa arxasına oturtmaq istəyir: “Bundan əlavə Rusiyanın Ukraynadan tələblərini bu gün Tramp öz dili ilə səsləndirir. Ərazilərin itirilməsi, Zelenskinin qeyri-legitim olması və digər güzəştlər tələb edir. Faktiki olaraq həmin güzəştləri Rusiya birmənalı şəkildə həmişə Ukraynadan tələb edirdi. Yəqin ki, bu yaxınlarda Rusiya ilə ABŞ arasında İkinci dünya müharibəsinin ərəfəsində Rusiya və Almaniya arasında bağlanan Molotov-Ribbentrop müqaviləsinə bənzər bir müqavilə imzalanacaq. Yəni faktiki olaraq bu münasibətlər Ukraynaya görə pozulsa da, bu münasibətlər Ukraynaya görə bərpa olunmur. Artıq Ukrayna məsələsi kənarda qalıb və iki dövlət arasındakı münasibətlərin normallaşması ilə əlaqədar fəaliyyət davam edir. Faktiki olaraq bu gün ABŞ Rusiya münasibətləri birtərəfli şəkildə Rusiyanın xeyrinə olaraq inkişaf edir”.

O qeyd edib ki, həmçinin masada dünyanın bölüşdürülməsi prosesi olacaq: “Yəni ABŞ ilə Rusiya arasında dünyanın bölüşdürülməsi, kimə hansı dövlətlər düşür qeyri-formal belə bir anlaşma olacaq. Yəqin ki, Putin çalışacaq ki, köhnə postsovet respublikaları onun təsir, maraq dairəsində olan dövlətlər sırasına daxil edilsin”.

Röya İsrafilova

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:220
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 06 Mart 2025 09:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see403

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see396

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see273

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see254

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see243

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see236

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see234

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see230

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see229

Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

25 Oktyabr 2026 13:45see213

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see204

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see204

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see200

İnsanlar cəmi 6 deyil, 27 fərqli emosional hal var

25 Oktyabr 2026 13:08see199

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see196

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see195

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see191

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see190

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see189

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri