Icma.az
close
up
RU
O masada Putin də olacaq?

O masada Putin də olacaq?

Qafqazinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Xəbər verdimiz kimi, Ukrayna Prezidenti Volodimir Zelenski mayın 15-i Türkiyəyə səfər edəcək.

“Qafqazinfo”nun məlumatına görə, növbəti İstanbul danışıqları bir neçə gün öncə Rusiya Prezidenti Vladimir Putinin bəyanatı ilə yenidən gündəmə gəlib.

Belə ki, Putin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğandan İstanbulun 15 may tarixində mühüm görüşə ev sahibliyi etməsini istəyib.

Bir neçə saat sonra Türkiyə lideri ilk olaraq, fransız həmkarı ilə ardınca isə Putinin özü ilə apardığı telefon danışığında Türkiyənin tərəflər arasında vasitəçilik edəcəyini açıqlayıb.

Bu isə onu deməyə əsas verir ki, 2022-ci ilin yazından sonra ilk dəfə Ukrayna və Rusiya arasında birbaşa danışıqlar mayın 15-də Türkiyədə baş tuta bilər.

Artıq Ukrayna dövlət başçısı İstanbula özünün şəxsən gedəcəyini açıqlayıb. Hətta, orada Putini də gözləyəcəyini bəyan edib.

Amma Putinin həmin danışıqlara qatılıb-qatılmayacağı hələ də sual altındadır.

Belə ki, Kremlin sözçüsü Dmitri Peskov Türkiyədəki danışıqlarda Rusiya nümayəndə heyətinin tərkibini açıqlamaqdan imtina edib və əlavə edib ki, bu, təkcə Putinin istəyi ilə məlum ola bilər.

Mühüm görüşdə iştirak etməsi gözlənilən digər lider isə Birləşmiş Ştatların dövlət başçısı Donald Trampdır.

ABŞ mediası bildirir ki, Donald Trampın iki xüsusi nümayəndəsi Keyt Kelloq və Stiv Uitkoff İstanbula “müşahidəçi” kimi gedə bilər. Ağ Ev rəhbərinin özünün iştirakına gəlincə, bu da Putinin oraya gedib-getməyəcəyindən asılıdır.

Bir neçə saat əvvəl isə İran hökumətinin rəsmisi Fateme Mohacerani Rusiya Prezidenti Vladimir Putinin Tehrana rəsmi səfər hazırlıqlarına başladığını açıqlayıb.

Belə olan halda bütün diqqətlər Rusiya Prezidentinin hansı qərarı verəcəyindədir.

Əlavə edək ki, Ukrayna prezident aparatının rəhbəri Andrey Yermak bildirib ki, Putinin İstanbul danışıqlarından imtinası “sülhdən boyun qaçırmaq” kimi qəbul olunacaq.

Telli Minbir

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:188
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 13 May 2025 20:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see286

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see277

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see262

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see250

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see237

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see236

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see225

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see221

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see215

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see210

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see210

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see210

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see210

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see198

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see196

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see193

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see185

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see182

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri