Masallıda 29 yaşlı şəxs qayınanasını qətlə yetirib, 3 nəfəri yaralayıb
Icma.az, Apa.az saytına istinadən bildirir.
İyunun 29-da saat 04 radələrində Masallı rayonu Xoşçobanlı kəndi ərazisində ailə münaqişəsi zəminində qətl törədilməsi barədə polisə məlumat daxil olub.
DİN-in Mətbuat Xidmətindən APA-ya bildirilib ki, 1996-cı il təvəllüdlü Kamran Zərbəliyev qayınanası Aybəniz Məmmədovaya, həyat yoldaşı Arzu Zərbəliyevaya, baldızı Aysuna və qohumu Fərman Qarayevə ov tüfəngi ilə xəsarət yetirib.
A.Məmmədova hadisə yerində ölüb, digərləri xəsarətlərlə xəstəxanaya yerləşdirilib.
K.Zərbəliyev polis əməkdaşları tərəfindən saxlanılıb.
Ondan cinayətin aləti olan "Lion" markalı ov tüfəngi götürülüb.
Araşdırma aparılır.
Bu mövzuda digər xəbərlər:Masallıda 29 yaşlı şəxs qayınanasını qətlə yetirib, 3 nəfəri yaralayıb FOTOLENT YENİLƏNİB 2
29 İyun 2025 12:01
Masallıda 29 yaşlı şəxs video çəkib intihar etdi Foto
04 Avqust 2025 13:01
Masallıda qayınanasını qətlə yetirən, 3 qohumunu yaralayan şəxsə hökm oxunub
22 Dekabr 2025 16:42
Masallıda maskalı şəxs ev sahibinə xəsarət yetirib
15 Avqust 2025 11:02
Baxış sayı:114
Bu xəbər 29 İyun 2025 05:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















