Masallıda qayınanasını qətlə yetirən, 3 qohumunu yaralayan şəxsə hökm oxunub
Apa.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Masallıda ov tüfəngi ilə bir nəfəri öldürməkdə, üç nəfərə isə xəsarət yetirməkdə təqsirləndirilən Kamran Zərbəliyevin məhkəməsi keçirilib.
APA xəbər verir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsində hakim Neymət Məmmədovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, təqsirləndirilən şəxs 18 il müddətə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, hadisə bu ilin iyun ayında Masallı rayonunda baş verib.
Təqsirləndirilən şəxs ov tüfəngi ilə atəş açaraq ailə-məişət münaqişəsi zəminində qayınanası Aybəniz Məmmədovaya, həyat yoldaşı Arzu Zərbəliyevaya, baldızı Aysuna və qohumu Fərman Qarayevə ov tüfəngi ilə xəsarət yetirib. Aybəniz Məmmədova hadisə yerində ölüb, digərləri xəsarətlərlə xəstəxanaya yerləşdirilib.
Kamran Zərbəliyevə Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.
Baxış sayı:62
Bu xəbər 22 Dekabr 2025 16:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















