Icma.az
close
up
RU
Masallıda 44 yaşlı kişi boşanmaq ərəfəsində olan arvadını kəmərlə döydü TƏFƏRRÜAT

Masallıda 44 yaşlı kişi boşanmaq ərəfəsində olan arvadını kəmərlə döydü TƏFƏRRÜAT

Icma.az bildirir, Demokrat.az saytına əsaslanaraq.

Masallı rayonunda ər-arvad arasında mübahisə cinayətin baş verməsi ilə nəticələnib. 
Demokrat.az
-ın əldə etdiyi xəbərə görə, hadisə Masallı rayonunun kəndlərindən birində baş verib. 
Kənd sakini, 1981-ci il təvəllüdlü Musa Yaqubov yaşadığı fərdi yaşayış evinin yataq otağında arvadı Məlahət (ad-soyad şərtidir – red.) ilə şəxsi münasibətlər zəminində mübahisə edib. 
Mübahisə zamanı arvadının bədəninin müxtəlif nahiyələrinə bel kəməri ilə bir neçə dəfə qəsdən zərbə vurub. Ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib. 
Hadisəni törədən M. Yaqubovun barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib. 
Cinayət işi üzrə ifadə verən təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. 
O, ifadəsində göstərib ki, hadisə günü saat 20 radələrində telefonda bacısı qızı ilə danışan vaxt boşanmaq ərəfəsində olan arvadı Məlahət onun yaşadığı fərdi yaşayış evinə gəlib: 
“Həmin vaxt Məlahət bacım qızı ilə onun barəsində söhbət etdiyimi düşündü, səs-küy salaraq mübahisə etməyə başladı.  Mən ona iradlarımı bildirdim. Arvadım əlində bıçaqla üzərimə gəldi, mənə xəsarət yetirmək istədi. Bu vaxt özümü müdafiə etmək məqsədilə şalvarımın bel kəmərini çıxardım. Məlahətin sinə nahiyyəsinə, sol baldır nahiyyəsinə və bədəninin müxtəlif  nahiyyələrinə zərbələr vurdum”. 
İş üzrə zərərçəkmiş Məlahətin sözlərinə görə, təqsirləndirilən şəxs ilə 2014-cü ildə ailə həyatı qurub: 
“Birgə nikahdan 2 övladımız var. Musa mənimlə  mütəmadi olaraq mübahisə edir və münaqişə yaradır. Onunla münasibətlərimiz soyuq olduğu üçün eyni həyətyanı sahədə yerləşən ayrı-ayrı evlərdə yaşayırıq”. 
Zərərçəkmiş bildirib ki, hadisə günü saat 20 radələrində evində çörək olmadığı üçün Musanın yaşadığı evə gedib: 
“Ərim yaşadığı evə getməyimə etirazını bildirdi, mənimlə kobud danışdığı üçün aramızda mübahisə yarandı. Mübahisə əsnasında ərim baş nahiyəmə vurdu. Daha sonra şalvarında olan bel kəmərini çıxararaq sinə, sol baldır və bədənimin müxtəlif nahiyyələrinə bir neçə dəfə zərbə endirdi. Mən özümü müdafiə məqsədilə bıçağa əl atsam da, ona heç bir xəsarət yetirməmişəm”. 
Zərərçəkmiş şəxs ifadəsində əlavə olaraq göstərib ki, əri ilə aralarında olan dava-dalaş təxminən 5-10 dəqiqə davam edib: 
“Mübahisədən sonra Musanın barəsində tədbir görülməkdən ötrü Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng vurdum, hadisə barədə məlumat verdim. Daha sonra atam yaşadığım evə gəldi. Atama Musa tərəfindən döyüldüyümü və bu barədə polisə məlumat verdiyimi bildirdim. Təqsirləndirilən şəxslə barışmamışam”. 
Bu cinayət işinə Masallı Rayon Məhkəməsində baxılıb. 
Məhkəmənin hökmü ilə müttəhim 6 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib.
Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə Masallı rayonunun hüdudlarını tərk etməmək, axşam saat 23:00-dan səhər saat 07:00-dək Masallı rayonunun kəndində yerləşən fərdi yaşayış evini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, habelə cəzanın icrasına nəzarət edən orqanı yaşayış, iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulub.
Cəzanın icrası Masallı rayon İcra və Probasiya şöbəsinə həvalə edilib.
Fariz Məlikli
Demokrat.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:208
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 08 İyul 2025 14:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see314

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see296

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see291

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see288

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see275

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see273

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see253

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see247

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see246

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see244

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see241

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see240

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see233

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see224

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see215

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see209

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see208

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see208

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see197

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri