Icma.az
close
up
RU
Masallıda 44 yaşlı kişi yeməyini gec hazırlayan arvadını döydü

Masallıda 44 yaşlı kişi yeməyini gec hazırlayan arvadını döydü

Demokrat.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Masallı rayonunda 1981-ci il təvəllüdlü Amil ailə münaqişəsi zəminində yaranan mübahisə zamanı həyat yoldaşı Nüşabəyə (adlar şərti göstərilib – red.) xəsarət yetirib. 
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə 16 sentyabr 2024-cü ildə, saat 18 radələrində Masallı rayonunun kəndində baş verib. 
Amil kənd ərazisində yerləşən fərdi yaşayış evində arvadı Nüşabənin ona yemək hazırlamaması ilə əlaqədər aralarında ailə məişət zəminində baş vermiş mübahisə zamanı onun sifət nahiyəsinə qəsdən yumruq ilə bir zərbə vurub. Ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib. 
Hadisəni törədən Amilin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib. 
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Amil ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, zərərçəkmiş Nüşabə onun həyat yoldaşıdır, 1 övladları var: “Hadisə günü işdən evə gəldim. Həmin vaxt arvadım yemək hazırlayıb masanın üzərinə qoyduğu zaman ona pomidor salatı hazırlamasını dedim. Bu zaman Nüşabə mənə kobud formada evdə pomidor olmadığını dediyi üçün onunla aramızda mübahisə yarandı. Mübahisə zamanı Nüşabənin sifət nahiyəsinə bir dəfə istəməyərəkdən yumruq zərbəsi vurdum. Nüşabə əyildiyi üçün yumruq onun sifətinə dəydi. Həmin vaxt Nüşabənin ağız nahiyəsindən qan gəldiyi gördüm və evdən getdim”.
Bu cinayət işinə Masallı Rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Amil 360 saat ictimai işləri cəzasına məhkum edilib. Təqsirləndirilən şəxsin üzərinə ictimai işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulub.
Fariz Məlikli
Demokrat.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:277
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 06 Dekabr 2024 13:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see326

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see305

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see290

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see267

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see263

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see259

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see251

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see244

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see237

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see231

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see222

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see222

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see222

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see212

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see206

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see204

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see200

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see193

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see184

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri