Masallıda ağır qəza Ölənlər var
Icma.az, Qafqazinfo portalına istinadən məlumat verir.
Masallıda 2 nəfərin ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
“Qafqazinfo”nun məlumatına görə, hadisə axşam saatlarında rayonunun Ərkivan qəsəbəsi ərazisində qeydə alınıb.
Belə ki, Ərkivan qəsəbə sakini, 31 yaşlı Rusif Babayev və Cəlilabad rayon sakini Nikbin Feyzullayevin idarə etdiyi “Mercedes” markalı minik avtomobilləri toqquşub.
Zərbənin təsirindən R. Babayevin idarə etdiyi avtomobil yoldan çıxaraq əvvəlcə beton elektrik dirəyinə, daha sonra isə ağaca çırpılıb. O, hadisə yerində ölüb.
Avtomobildə sərnişin qismində olanlar - 33 yaşlı Pərvin Əliniyaz oğlu Həsənov, 23 yaşlı Fərid Fərahim oğlu Qasımov və 34 yaşlı Araz Telman oğlu Məmmədzadə təcili tibbi yardım briqadalarının köməkliyi ilə Masallı Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunublar.
Həkimlərin səylərinə baxmayaraq Araz Məmmədzadənin həyatını xilas etmək mümkün olmayıb.
Yaralıların müalicəsi xəstəxananın müvafiq şöbələrində davam etdirilir.
Faktla bağlı araşdırma aparılır.
Surxay Şahbazov
Baxış sayı:129
Bu xəbər 03 İyul 2026 02:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















