Masallıda iki avtomobil toqquşdu, 1 nəfər öldü
Icma.az, Lent az portalına istinadən məlumat yayır.
Masallıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Lent.az APA-ya istinadən xəbər verir ki, hadisə Masallı şəhərinin Dadva küçəsində qeydə alınıb.
Belə ki, 1995-ci il təvəllüdlü Vəli Azər oğlu Hətəmzadənin idarə etdiyi "Mercedes" markalı nəqliyyat vasitəsi hərəkətdə olarkən 1947-cı il təvəllüdlü Qardaş Məhərrəm oğlu Fətullayevin idarə etdiyi "Mercedes" markalı nəqliyyat vasitəsi ilə toqquşub.
Qəza nəticəsində hər iki sürücü xəsarət alaraq Masallı Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub. Vəziyyəti ağır olan Q. Fətullayev Masallıda özəl klinikaların birinə yerləşdirilib.
Aparılan bütün reanimasyon tədbirlərinə baxmayaraq Qardaş Fətullayevin həyatını xilas etmək mümkün olmayıb. O, müalicə aldığı klinikada ölüb. Digər sürücü V. Hətəmzadənin müalicəsi xəstəxanada davam etdirilir.
Qeyd edək ki, Q. Fətullayev Masallı Ziyalıları İctimai Birliyinin sədri, YAP-ın Masallı Rayon Təşkilatının, rayon Ağsaqqallar şurasının, rayon təhsil işçiləri həmkarlar komitəsinin şura üzvü idi.
Faktla bağlı araşdırma aparılır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:106
Bu xəbər 06 Fevral 2026 20:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















