Masallıda iki avtomobil toqquşdu 1 ölü
Redaktor.az saytına istinadən Icma.az xəbər verir.
Masallıda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Redaktor.az xəbər verir ki, hadisə gecə saatlarında Masallı şəhərinin Seybətin küçəsində qeydə alınıb.
Masallı rayon sakini 18 yaşlı Məsləhət Cabbarov idarə etdiyi "BMW" markalı avtomobillə hərəkətdə olarkən Lənkəran rayon sakini Amid Məmmədzadənin idarə etdiyi "Chevrolet Cruze" markalı nəqliyyat vasitəsi ilə toqquşub.
Qəza nəticəsində M.Cabbarov müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Masallı Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub. Buna baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb. O, aldığı xəsarətlərdən xəstəxanada ölüb.
Meyit aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır (oxu.az).
Bu mövzuda digər xəbərlər:Masallıda iki avtomobil toqquşdu, 1 nəfər öldü
06 Fevral 2026 20:52
Masallıda ağır qəza 1 ölü, 3 yaralı
28 İyun 2025 19:02
Masallıda iki Mercedes toqquşdu VİDEO
29 Aprel 2025 18:56
Beyləqanda iki avtomobil toqquşdu 2 ölü, 1 yaralı
06 Dekabr 2024 10:25
Masallıda kişi çarpayısında ölü tapıldı
30 May 2025 09:31
Baxış sayı:72
Bu xəbər 19 Aprel 2026 11:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















