Masallıda ödənişsiz Hepatit skrininqi keçiriləcək
Modern.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Masallıda Hepatit B və C viruslarının vaxtında aşkarlanması məqsədilə ödənişsiz skrininq aksiyası təşkil olunacaq.
Modern.az xəbər verir ki, aksiya 20-21 noyabr tarixlərində Referans Masallı Tibb Mərkəzində baş tutacaq. Mütəxəssislərin sözlərinə görə, Hepatit B və C virusları çoxvaxt gizli şəkildə inkişaf edir və yalnız ağır nəticələr ortaya çıxdıqdan sonra özünü büruzə verir. Xüsusilə diş müalicəsi almış, salon xidmətlərindən istifadə etmiş, cərrahi əməliyyat və ya ginekoloji prosedurlardan keçmiş şəxslərin skrininqdə iştirakı tövsiyə olunur. Aksiya çərçivəsində paytaxtdan dəvət olunmuş peşəkar həkim heyəti tərəfindən əhalinin müayinəsi aparılacaq. İştirakçılar Hepatit B və C viruslarına görə ödənişsiz testdən keçə biləcəklər.
Ünvan: Masallı ray.,Qarabağ küç. 20
Əlaqə: +994 77 276 0033
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:90
Bu xəbər 17 Noyabr 2025 12:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















