Masallıda şadlıq sarayında saxta alkoqollu içkilər aşkarlanıb
Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Bakı, 10 iyun, AZƏRTAC
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları Masallı rayonunun Qızılağac kəndində fəaliyyət göstərən, Yusif Tarverən oğlu Abdullayevə məxsus “Qızılağac” şadlıq sarayında yoxlama keçiriblər.
Bu barədə AZƏRTAC-a AQTA-nın İnformasiya təminatı və innovativ həllər şöbəsindən məlumat verilib.
Bildirilib ki, yoxlama zamanı normativ hüquqi aktların tələblərinin pozulduğu müəyyən olunub, “Organic Vodka” və “Greenway Bio Organic” əmtəə nişanlı saxta alkoqollu içkilər satışdan kənarlaşdırılıb. Normativ-texniki tələblərə cavab verməyən məhsullarla bağlı məhdudlaşdırıcı qərar qəbul edilib.
Faktla bağlı inzibati protokol tərtib olunub, məhsullardan nümunələr götürülərək laborator müayinələrə təqdim edilib. Araşdırmalar aparılır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:162
Bu xəbər 10 İyun 2026 16:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















