Icma.az
close
up
RU
Masallıdakı dəhşətli qətlin təfərrüatları məlum oldu YENİLƏNDİ

Masallıdakı dəhşətli qətlin təfərrüatları məlum oldu YENİLƏNDİ

Icma.az, Gununsesi portalına istinadən məlumatı açıqlayır.

Masallı rayonunda törədilən dəhşətli qətlin təfərrüatları məlum olub.

Gununsesi.info xəbər verir ki, Kamran Zərbəliyev həyat yoldaşı Arzu Zərbəliyeva ilə aralarında yaranmış mübahisədən sonra faciəvi hadisə baş verib.

İlkin məlumatlara görə, münaqişədən sonra Arzu Zərbəliyeva yaşadığı gərginlik barədə Sumqayıt şəhərində yaşayan anası Aybəniz Məmmədovaya məlumat verib. Ana qızını aparmaq məqsədilə digər qızı Aysun ilə birlikdə Masallının Xoşçoban kəndinə gəlib.

Evə gələn Aybəniz Məmmədova qızını aparmaqda israrlı olduğunu bildirib. Lakin bu sözlər Kamran Zərbəliyevin qəzəbinə səbəb olub və o, ov tüfənginə əl atıb. Açılan atəş nəticəsində Aybəniz Məmmədova hadisə yerində dünyasını dəyişib, daha üç nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Bildirilir ki, Arzu Zərbəliyeva da atəşə tuş gəlib və hadisə ailə üzvlərinin gözü qarşısında baş verib. Kənd ictimaiyyəti arasında dərin sarsıntı yaradan bu cinayətlə bağlı hüquq-mühafizə orqanları tərəfindən Kamran Zərbəliyev saxlanılıb.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir. Qeyd edək ki, Kamran Zərbəliyevin iki azyaşlı övladı var.

***

11:07

İyunun 29-da, gecə saat 4 radələrində Masallı rayonunun Xoşçobanlı kəndi ərazisində bir nəfərin qətlə yetirilməsi və bir neçə nəfərin yaralanması ilə bağlı Masallı rayon prokurorluğuna məlumat daxil olub.

Masallı rayon prokurorluğundan Teleqraf-a verilən məlumata görə, aparılmış ilkin araşdırmalarla, 1996-cı il təvəllüdlü Kamran Zərbəliyevin ov tüfəngi ilə atəş açaraq ailə-məişət münaqişəsi zəminində qohumu Aybəniz Məmmədovanı qəsdən öldürməsinə, digər qohumları Arzu Zərbəliyeva, Aysu Məmmədova və Fərman Qarayevə isə müxtəlif dərəcəli bədən xəsarətləri yetirməsinə əsaslı şübhələr müəyyən edilib.

Kamran Zərbəliyev şübhəli şəxs qismində tutulub, hadisənin aləti olan ov tüfəngi maddi sübut kimi götürülüb.

Faktla bağlı Masallı Rayon Prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) və 29, 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürməyə cəhd) maddələri ilə cinayət işi başlanıb.

Hazırda iş üzrə ibtidai istintaq davam etdirilir.

Gununsesi.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:205
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 29 İyun 2025 12:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see290

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see270

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see267

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see263

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see253

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see244

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see244

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see235

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see235

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see232

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see219

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see218

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see213

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see211

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see208

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see204

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see202

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see199

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see198

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri