Icma.az
close
up
RU
Masazırda bu yol təmir olunur VİDEO

Masazırda bu yol təmir olunur VİDEO

Icma.az, Unikal.az portalına istinadən məlumatı açıqlayır.

Rahat və təhlükəsiz gediş-gəlişin təmin edilməsi məqsədilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən təmirə ehtiyac olan avtomobil yollarında kompleks tədbirlərin icrası davam etdirilir.

"Unikal" xəbər verir ki, bu çərçivədə Xırdalan–Masazır–Novxanı avtomobil yolundan ayrılaraq Zəngilan qaçqın və məcburi köçkünlərinin məskunlaşdığı şəhərciyə gedən avtomobil yolunda əsaslı təmir işlərinə start verilib.

İki hərəkət zolaqlı avtomobil yolunun uzunluğu 2 kilometr, eni isə 9 metrdir. Sözügedən yol uzun müddət əsaslı təmir olunmadan istismar edildiyindən hərəkət hissəsində deformasiyalar yaranmış, qabarmalar və çalalar əmələ gəlmişdir. Bu isə avtonəqliyyat vasitələrinin rahat və təhlükəsiz hərəkətinə maneə törədirdi. Aparılan əsaslı təmir işləri nəticəsində mövcud problemlər aradan qaldırılır.

Təmir işləri zamanı yol boyu zəruri sahələrdə yararsız qrunt qazılaraq çıxarılır, əks-dolğu işləri aparılmaqla yeni yol əsası inşa edilir. Eyni zamanda yararsız asfalt-beton örtüyü frezlənərək kənara daşınır. Bundan başqa, vətəndaşların rahat hərəkətinin təmin edilməsi məqsədilə yol boyunca mövcud piyada səkisi də bərpa olunur.

Aparılan əsaslı təmir işləri yekunlaşdıqdan sonra yolun istismara tam yararlı vəziyyətə gətirilməsi, nəqliyyat vasitələrinin və piyadaların rahat, təhlükəsiz və fasiləsiz hərəkətinin təmin edilməsi nəzərdə tutulur.

Qeyd edək ki, sözügedən avtomobil yolu Agentliyin balansında olmasa da, vətəndaşların müraciətləri və mövcud vəziyyət nəzərə alınaraq yolun əsaslı təmiri həyata keçirilir.



Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:191
embedMənbə:https://unikal.az
archiveBu xəbər 05 Yanvar 2026 15:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see292

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see258

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see243

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see242

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see231

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see229

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see228

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see219

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see216

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see216

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see213

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see211

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see202

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see199

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see196

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see191

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see190

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see190

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see189

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri