Masazırda məktəbin qarşısı kabusa çevrilib: Avtomobillər palçığa ilişir, şagirdlər lyuka düşür VİDEO
Icma.az, Avtosfer portalına istinadən məlumat verir.
Abşeron rayonu, Masazır qəsəbəsi, İstiqlaliyyət küçəsində yerləşən 4 nömrəli tam orta məktəbin qarşısında yol təhlükəli vəziyyətdədir. Sakinlərdən biri Avtosfer.az-ın “Instagram” ünvanına göndərdiyi videoda ərazidəki problemi işıqlandırıb.
Banner Banner Yarışma Kalkulyator Haqqımızda Əlaqə Axtar AzRu Avtosfer.azBannerBanner Ana səhifə +Avtoxəbər +Gündəm Xəbərlər Qaydalar Yol polisi +Maraqlı Avtosfer TV Avtosfer Foto Masazırda qayda pozan sürücü avtomobilə ziyan vurdu – üstəlik özünü haqlı bildi - VİDEO
Videodan görünür ki, əlverişsiz hava şəraitində yol palçıq olub və bu səbəbdən küçədən keçən sürücülər hərəkət etməkdə çətinlik çəkib. Belə ki, avtomobillərin təkəri palçığa bataraq dəqiqələrlə yolda ilişib qalıb. Şikayətçinin sözlərinə görə, yolun asfalt örtüyü iki aydan çoxdur qazılıb və hələ də yenisi çəkilməyib. Üstəlik, kadrda kanalizasiya lyukunun qapağının olmadığı da aydın şəkildə əks olunub. İzləyici bildirib ki, məktəbdən qayıdan şagirdlər dəfələrlə həmin lyuka düşüblər.
Qəsəbə sakinləri aidiyyəti qurumlardan vəziyyətin aradan qaldırılması istiqamətində tədbir görmələrini tələb edirlər.
Nərmin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:26
Bu xəbər 11 Dekabr 2025 16:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















