Masazırda saxta nömrəli “07” ilə təhlükə saçan sürücü sonda əks yola çıxdı VİDEO
Avtosfer portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Abşeron rayonu, Masazır qəsəbəsində yol hərəkəti qaydalarını pozan sürücü avtomobilin kamerasına düşüb.
Avtosfer.az-ın məlumatına görə, hadisə oktyabrın 15-də, saat 19:12 radələrində Əliağa Vahid küçəsində qeydə alınıb. Videodan göründüyü kimi, “VAZ-2107” markalı avtomobilin sürücüsü yol boyu görüntünü qeydə alan nəqliyyat vasitəsini sıxışdıraraq onu ötməyə çalışır. O, həmçinin bütöv xəttin tələbini pozaraq əks istiqamətdə hərəkət edən avtomobillərə də təhlükə yaradır. Bir neçə uğursuz cəhdin ardından sürücü əks yola çıxaraq hərəkətini davam etdirir və bu zaman yenidən qəza şəraiti yaradır.
Kadrlardan aydın görünür ki, avtomobilə saxta dövlət nömrə nişanı quraşdırılıb və konstruksiyasına müdaxilə edilib.
Nərmin


