Vəsiqəsiz “avtoş” saxta nömrəli “07” ilə Qaradağı bir birinə qatdı VİDEO
Icma.az, Avtosfer saytına istinadən bildirir.
Paytaxtın Qaradağ rayonu, Lökbatan qəsəbəsində yol hərəkəti qaydalarını kobud şəkildə pozan sürücünün videoları sosial şəbəkədə yayınlanıb.
Avtosfer.az-ın məlumatına görə, saxta dövlət nömrə nişanlı “VAZ-2107” markalı və 10-KY-672 dövlət nömrə nişanlı “Dacia” markalı avtomobillə avtoxuliqanlıq edib. Belə ki, o, idarə etdiyi “VAZ”la gah sağa, gah sola təhlükəli manevrlər edərək yolu “şou meydanına” çevirib. Nəticədə sürücü təkcə özü və avtomobildəki sərnişini deyil, qarşıdan gələn nəqliyyat vasitələrini də ciddi təhlükə altında qoyub.
Eyni zamanda o, avtomobilin konstruksiyasına dəyişiklik edərək arxa yayları kəsib və ön hissəsini qaldırıb. Bununla kifayətlənməyən sürücü işıq cihazlarına da müdaxilə edib.
Nəzarət kamerasına düşən digər görüntüdə isə, o, yaşayış ərazisində döngəyə sərt daxil olaraq qəzadan son anda yayınıb.
İddialara əsasən, sürücü avtomobilləri sürücülük vəsiqəsi olmadan idarə edir.
Nərmin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:73
Bu xəbər 03 Dekabr 2025 16:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















