Icma.az
close
up
RU
“Masdar” Abşeron Qaradağda külək parkı quracaq

“Masdar” Abşeron Qaradağda külək parkı quracaq

Xalq qazeti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

“Masdar” şirkətinin Biləsuvar layihəsi üzrə meneceri Kamil Manafov “Ədalətli keçid dialoqu: Azərbaycanda yaşıl iqtisadiyyata ədalətli keçidin təmin edilməsi” adlı toplantıda bildirib ki, Abşeron–Qaradağ bölgəsindəki külək parkının tikinti mərhələsinə bu il ərzində başlanılacaq. O qeyd edib ki, şirkətin Biləsuvar və Neftçaladakı günəş layihələri isə hazırda inşa fazasındadır.

K.Manafov deyib ki, “Masdar” fəaliyyət göstərdiyi regionlarda yerli əhalinin, ətraf kənd və qəsəbə sakinlərinin məşğulluğuna prioritet istiqamət kimi baxır: "Bu məsələdə Dövlət Məşğulluq Agentliyi, peşə məktəbləri ilə yaxından əməkdaşlıq edirik. Hazırda Biləsuvar rayonunda 445 meqavat gücündə, regionun ən böyük günəş elektrik stansiyası tikilir. Layihə başlamamışdan öncə rayondakı peşə liseyi ilə əlaqə saxlayaraq bizə lazım olacaq ixtisasları öncədən bildirdik. Liseydə bu istiqamətdə qəbul aparıldı və 17 şagird təhsilə cəlb olundu. İl ərzində mütəxəssislərimiz onlara dərslər keçdi, təcrübə proqramları təşkil olundu. Keçən həftə imtahanları uğurla başa vuran həmin gənclərin hazırda işlə təminatı prosesi gedir”.

Onun sözlərinə görə, Əbu-Dabi baş ofisi tərəfindən idarə olunan ilkin mərhələdən sonra başlayan tikinti fazası bölgədə işçi qüvvəsinə tələbatı pik həddə çatdırır: “Tikinti fazasının əsas üstünlüyü ondan ibarətdir ki, gördüyünüz bu qrafikdə işçi qüvvəsinin pik fazası olan vaxtıdır. Biz həmin vaxt Azərbaycan vətəndaşlarını işlə təmin edə bilirik. Bundan əvvəlki layihəmizdə iştirak edənlərin sayı 2 000-ə çatmışdı. Bu layihədə isə 1 500 nəfər iştirak edir. Yəni minlərlə adam işlə təmin olunur. Onlar müvəqqəti işlə təmin edilmir, həm də peşə sahibi olurlar”.

XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:105
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 02 İyul 2026 11:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see439

Hicab üzərindən manipulyasiya və etiqad azadlığının sərhədi: reallıq nədir?

11 Oktyabr 2026 19:35see309

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see287

Türkiyədə yük maşını sərnişin avtobusu ilə toqquşub 11 nəfər ölüb, 27 insan xəsarət alıb

11 Oktyabr 2026 13:57see259

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see237

Dövlətçilik və strateji məsuliyyət

11 Oktyabr 2026 16:15see229

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see229

“Özünü ələ al” müalicə deyil Ölkədə bu xəstəliyə qarşı mübarizə necə aparılır? KONKRET

11 Oktyabr 2026 09:56see228

Ukrayna Ordusu Rusiyada qitələrarası raketlərin xidmət mərkəzinə zərbə endirib

11 Oktyabr 2026 14:40see225

“Qarabağ atı” heykəlinin müəllifi danışdı

11 Oktyabr 2026 08:00see215

Sərhəd tanımayan təhdidlər: Azərbaycanın ideoloji təhlükəsizlik gündəliyi TƏHLİL

11 Oktyabr 2026 16:24see207

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see200

Azıx mağarasından reportaj VİDEO

11 Oktyabr 2026 20:41see198

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see197

Gəncədə 36 yaşlı kişi ÖLDÜRÜLDÜ

11 Oktyabr 2026 23:39see197

Sabah ın rəqibi Bakıya gəldi VİDEO

12 Oktyabr 2026 00:36see190

Zelenski Trampın Ukrayna siyasətini tənqid etdi

11 Oktyabr 2026 23:57see190

Formula 1 də unikal göstərici

12 Oktyabr 2026 00:30see189

Makrona aid edilən irqçi ifadə Fransada siyasi qalmaqala səbəb olub

11 Oktyabr 2026 16:34see188

Pakistanda etirazların bürüdüyü vilayətə qoşun göndəriləcək

11 Oktyabr 2026 19:16see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri