Icma.az
close
up
RU
“Masdar” Azərbaycan dəmir yollarının dekarbonizasiyası ilə bağlı planlarını açıqlayıb

“Masdar” Azərbaycan dəmir yollarının dekarbonizasiyası ilə bağlı planlarını açıqlayıb

Report.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkəti “Azərbaycan Dəmir Yolları” QSC (ADY) ilə birgə apardığı araşdırmalar nəticəsində onun dekarbonizasiya potensialını müəyyən edib.

"Report" xəbər verir ki, bu brədə "Masdar Azərbaycan Enerji" MMC-nin meneceri Murad Sadıqov COP29 çərçivəsində keçirilən “Nəqliyyat dəhlizləri ilə dayanıqlı gələcəyə doğru: İqlim siyasətində dəmir yolları” adlı tədbirdə bildirib.

M. Sadıqov qeyd edib ki, “Masdar” və ADY hazırda araşdırma mərhələsindədir və ilk addım kimi dəmir yolu stansiyalarından və yük logistikası vasitələrindən başlayaraq, mərhələli şəkildə hərəkət heyətinin (rolling stock) dekarbonizasiyasına keçməyi planlaşdırır:

“Hərəkət heyətinin dekarbonizasiyası mürəkkəb bir prosesdir, çünki bu sahədə beynəlxalq səviyyədə nümunəvi hesab edilə biləcək standartlar hələ mövcud deyil. Buna baxmayaraq, “Azərbaycan Dəmir Yolları” beynəlxalq məsləhətçilər və maliyyə institutlarının dəstəyi ilə alternativ enerji mənbələrinin tətbiqini də əhatə edən bir sıra araşdırmalar aparıb”.

M. Sadıqov həmçinin Azərbaycanda təmiz enerji istehsalı ilə bağlı geniş planlardan danışıb. Onun sözlərinə görə, ölkə 10 giqavata qədər təmiz enerji istehsalı hədəfi qarşısına qoyub:

“Artıq 1 giqavatlıq layihələr üçün müqavilələr imzalanıb. Bunlardan biri 760 meqavat gücündə iki günəş enerjisi layihəsidir və COP29 çərçivəsində əlavə maliyyələşdirmə ilə bağlı sazişlər imzalanıb. Bundan əlavə, 240 meqavat gücündə külək enerjisi layihəsi həyata keçirilib. Hazırda 230 meqavat gücündə günəş enerjisi layihəsi fəaliyyət göstərir və daha çox layihələr üzərində işləyirik. Həmçinin SOCAR və Səudiyyə Ərəbistanının “ACWA Power” şirkəti ilə birgə 3,5 giqavatlıq dənizdə külək enerjisi layihəsi imzalanıb”.

O vurğulayıb ki, bu layihələr yalnız ölkənin enerji sektorunun deyil, həm də nəqliyyat sektorunun dekarbonizasiyasına mühüm töhfə verəcək.

“Biz bu yolu həm maraqlı, həm də çətin hesab edirik. Kiçik pilot layihələrdən başlayaraq, “yaşıl enerji”nin ölkədə daha geniş yayılmasını təmin etmək üçün addım-addım irəliləməyə çalışacağıq. Bu təşəbbüslər Azərbaycanın iqlim dayanıqlığı strategiyasının və nəqliyyat sektorunda davamlı inkişaf hədəflərinin bir hissəsidir”, - deyə o bildirib.

Bizim Telegram kanalımıza abunə olun

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:84
embedMənbə:https://report.az
archiveBu xəbər 20 Noyabr 2024 20:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara və Ağ Məryəm Bağırova yazır

08 Dekabr 2025 14:14see404

Zelenski, Makron, Starmer və Merz 8 dekabrda Londonda görüşəcəklər

06 Dekabr 2025 22:42see199

Formula 1: Mövsümün qalibi müəyyənləşdi

07 Dekabr 2025 18:47see151

Ərdoğan Venesuelalı həmkarı Maduro ilə telefonla danışıb

07 Dekabr 2025 00:43see141

Azad Şabanov “Qızım” mahnısını təqdim etdi VİDEO

08 Dekabr 2025 14:39see137

Ömrün ağırlığı çökmüş vərəqlər Rafael Hüseynov yazır

08 Dekabr 2025 09:43see135

Merz: Almaniya Fələstin dövlətini tanımayacaq

07 Dekabr 2025 17:44see133

Sumqayıtda 7 aylıq körpə ölüb

08 Dekabr 2025 00:56see130

Volkandan gözlənilməz qərar

07 Dekabr 2025 20:12see129

Salah: “Klub məni pis vəziyyətə qoyur”

07 Dekabr 2025 01:38see129

Erməni din xadimlərinin görüşü təxirə salındı Eçmiədzin səbəbi açıqladı

07 Dekabr 2025 19:03see129

Hiperaktivlik vaxtında müalicə olunmasa, uşağın gələcək həyatı təhlükədədir

07 Dekabr 2025 16:01see129

Tehran BƏƏ nin iddialarını rədd etdi: Üç ada İranındır

07 Dekabr 2025 12:57see129

Qəzzada atəşkəsə BMT qüvvələri nəzarət etməlidir” HƏMAS lideri

07 Dekabr 2025 20:34see129

Dyökereş “Aston Villa”ya məğlubiyyətdən sonra: “Oyunumuzu bir az yaxşılaşdırmalıyıq”

07 Dekabr 2025 05:12see128

“Lexus” kanala aşdı 5 nəfər öldü KONKRET

07 Dekabr 2025 09:54see128

İçərişəhər Dövlət Tarix Memarlıq Qoruğunun ərazisində taktiki xüsusi təlim keçirilib

07 Dekabr 2025 11:52see128

Ad gününə lotereya aldı, 500 min dollar uddu

07 Dekabr 2025 10:04see127

Netanyahu siyasətdən getməyəcək

07 Dekabr 2025 19:36see124

Mütəxəssislər xəbərdarlıq edir: “Tox qarına yatmaq sağlamlıq üçün risklidir”

07 Dekabr 2025 17:01see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri