Icma.az
close
up
RU
Təzə maşın almaq istəyənlər bu xəbəri MÜTLƏQ OXUSUN Ən sərfəli qiymətə… KONKRET

Təzə maşın almaq istəyənlər bu xəbəri MÜTLƏQ OXUSUN Ən sərfəli qiymətə… KONKRET

Icma.az, Konkret.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

2018-ci ildən bu il oktyabrın 1-nə Azərbaycanın sənaye zonalarından 360 milyon manatlıq avtomobil satılıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı Agentliyi məlumat yayıb. Təkcə 2024-ün yanvar-sentyabr aylarında isə Hacıqabul Sənaye Parkından 53,86 milyon manatlıq 1 901 ədəd avtomobil, Neftçala Sənaye Məhəlləsindən isə 25,9 milyon manatlıq 1 072 ədəd avtomobil realizə edilib. Ötən ilin eyni dövrü ilə müqayisədə avtomobil satışı təqribən 60% artıb. Sənaye zonalarında “Chevrolet”, “Isuzu”, “VGV”, “UAZ”, “Lada”, “Khazar” və s. markalı avtomobillər istehsal edilib.

Görəsən, yerli yığım avtomobillər yaxın gələcəkdə bu uğurlu tendensiyanı davam etdirə biləcəkmi? Bu proses bazarda hansısa markaların satışına təsir edə bilərmi?

KONKRET.az xəbər verir ki, mövzu ilə bağlı Yenisabah.az-a danışan Azərbaycan Avtomobil Dilerləri Assosiasiyasının icraçı direktoru Eyyub Əliyev bildirib ki, zaman keçdikcə yerli yığım avtomobillərin çatışmazlıqları aradan qaldırılır və daha da mükəmməlləşdirilir:

“Azərbaycanda yaradılmış və avtomobili yığımı ilə məşğul olan sənayə zonaları uzunmüddətli perspektivdə nəzərdə tutulub. Ona görə də bu zavodların istehsal davamlılığı uzun sürəcək. Digər tərəfdən, həmin avtomobillərin keyfiyyətindən danışsaq, əlbəttə, ilk vaxtlar hansısa nöqsan və çatışmazlıqlar olsa da, bunları tənqid atəşinə tutmaq lazım deyil. Əksinə, bu addımı alqışlamaq lazımdır.

Sözsüz, istənilən işi quranda və layihəni quranda ilk öncə hansısa texniki qüsurlar ortaya çıxa bilir. Amma zamanla bu nöqsanlar aradan qaldırılır. Bu təkcə avtomobil industriyasında deyil, istənilən sahədə var”.

Eyyub Əliyev qeyd edib ki, yerli istehsal maşınlar hansısa markaların bazarına ciddi təsir etmir:

“Onların yığılması avtomobil bazarında hansısa xarici markaların və idxal olunan nəqliyyat vasitələrinin satışına hansısa mənfi təsir etməyəcək. Mən həmişə qeyd etmişəm ki, bu avtomobillər hansısa digər markaların bazar payına çox kiçik bir faiz təsir edə bilər. Amma nəzərə alsaq ki, hazırda taksi parkımız yenilənir və yeni avtomobillərin istifadəsinə ehtiyac olur, o zaman yerli yığım maşınlar bu prosesdə mühüm rol oynayır.

Qarşıda bizi böyük utilizasiya prosesi gözləyir və bu avtomobillərin vacibliyi diqqət mərkəzinə çəkiləcək. Utilizasiya zamanı yerli yığım avtomobillər maksimum varinat olacaq. Ona görə də biz maksimum dərəcə yerli istehsalın əhəmiyyətinə bu tərəfdən baxmalıyıq”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:107
embedMənbə:https://konkret.az
archiveBu xəbər 06 Noyabr 2024 12:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see214

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see198

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see180

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see167

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see156

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see156

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see155

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see154

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see149

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see145

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see143

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see141

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see137

Binəqədi sakinlərindən ETİRAZ: “Prezidentə necə çatdıraq ki, icra hakimiyyəti işləmir” Şikayətçi (FOTOLAR)

23 Dekabr 2025 11:50see135

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see133

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see133

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see133

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see129

Türkiyədə Liviyanın Baş Qərargah rəisinin olduğu təyyarə ilə radar əlaqəsi kəsilib

23 Dekabr 2025 23:06see128

“Yaxınlaşıb dedi ki, ərim səni sevir”

24 Dekabr 2025 00:44see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri