Icma.az
close
up
RU
Menu

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

Neftin bahalaşması həmişə tələbin artması demək deyil

Qeydiyyatda olmayan “klinika”, qeyri adi müalicə üsulları: “Bioşəfa Sağlamlıq Mərkəzi”nin qaranlıq fəaliyyəti FOTO

İspaniyada dəhşətli qatar qəzası: onlarla insan həyatını itirdi

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

“Yaxşı balınız olsa da, marketdə rəf tapmaya bilərsiniz” Rejissor kino bazarını belə izah ETDİ

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

Papillomanı yandırmaq kifayət deyil! HPV varsa törəmə yenidən yarana bilər

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

A Seriyası: 19 illik rekord təkrarlandı

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

Maşın bazarında mövqe dəyişikliyi

Maşın bazarında mövqe dəyişikliyi

Icma.az bildirir, Qaynarinfo saytına əsaslanaraq.

Ötən il Gürcüstandan Azərbaycana 290 milyon ABŞ dolları dəyərində 12 min 849 ədəd avtomobil ixrac edilib. Bu, 2023-cü ilin göstəricisindən dəyər ifadəsində 34 faiz, kəmiyyət olaraq 43 faiz azdır. Beləliklə, Azərbaycan Gürcüstanın avtomobil ixrac etdiyi ölkələr sırasında üçüncü yerdə qərarlaşıb. Statistikadan da göründüyü kimi, əgər əvvəllər ölkəmizə daha çox Gürcüstan vasitəsilə ikinci əl maşınlar gətirilirdisə, indi vəziyyət dəyişib. Bəs bu dəyişikliyin hansı müsbət və mənfi təsirləri var?

Nəqliyyat eksperti Yasin Mustafayevin sözlərinə görə, insanların Gürcüstandan idxal edilən avtomobillərdən imtina etməsi üçün əsaslı səbəblər var: "Elektrikli avtomobillərə keçid dövrün tələbidir. Əvvəl Avropadan, ABŞ-dən gətirilən avtomobillərə tələbat var idi. Onlar da Gürcüstan üzərindən gətirilirdi. İndi avtomobillərin buraxılış ilinə qoyulan məhdudiyyətlər, həm də son dövrlər Çin avtomobillərinin daha cəlbedici olması səbəbindən əsas ağırlıq Çin və Koreya avtomobillərinə keçib. Gürcüstan bazarı əhəmiyyətini itirməkdə davam edir. Avropa və ABŞ maşınları Çin avtomobilləri ilə rəqabətə davam gətirə bilməyəcək. Çünki həmin ölkələrdə avtomobil istehsalçıları keyfiyyəti, modeli yenilədikcə, qiyməti də artırırlar. Amma Çin maşınlarında belə deyil. Onlarda qarşıya qoyduqları prioritet keyfiyyəti, komfortu artırmaq, qiyməti isə mümkün qədər münasib saxlamaqdır. Belə olan halda insanlar Çin avtomobillərinə yönəlir. Əvvəllər biz Gürcüstandan gələn avtomobilləri münasib olduğu üçün seçirdiksə, indi Çin maşınlarını da münasib qiymətə gətirə bilirik”. 

Çin və Koreyadan gətirilən avtomobillərə maraq artsa da, vətəndaşlar həmin avtomobillərin ehtiyat hissələrinin tapılmamasından şikayətçidirlər. Ekspert düşünür ki, bu məsələ də tezliklə öz həllini tapacaq: "Hazırda Çindən gələn avtomobillərin ehtiyat hissələri ilə bağlı müəyyən çətinliklər var. Bunun da səbəbi hələ bazara yeni daxil olmalarıdır. Müəyyən vaxt keçdikdən sonra onların da ehtiyat hissələri ölkəmizə gətiriləcək. Çin avtomobillərinin modelləri çox tez-tez dəyişir. Yeni modellər çıxdıqca, köhnələrinin istehsalı dayanır. Bu da ehtiyat hissələrinin gətirilməsində müəyyən çətinliklər yaradır. Amma hibrid və elektromobillərin köhnə maşınlar kimi tez-tez təmirə ehtiyacı olmur. Hələ ki, yenidirlər, ehtiyat hissələri daxili yanma mühərriklilərdən daha azdır. Bu da o avtomobilləri daha cəlbedici edir”. 

"Avtomobil Dilerləri Assosiasiyası" İctimai Birliyinin icraçı direktoru, avtomobil bazarı üzrə ekspert Eyyub Əliyevin sözlərinə görə, gələcəkdə Gürcüstandan maşın idxalı dayandırıla da bilər: "Gürcüstandan köhnə maşınları insanlar özləri alıb gətirirdilər. Hazırda sərhəd bağlıdır. Artıq oradan avtomobil gətirmək həm daha çox xərc tələb edir, həm də vaxt itkisidir. Avtomobil almaq istəyən vətəndaş da hesablayır ki, elə üzərinə bir az da məbləğ qoysa, yeni avtomobil ala bilər. Ölkəmizdə avtomobil sahəsində böyük islahatlar gedir. Yeni elektrikli və hibrid avtomobillər vergi və ƏDV-dən azaddır. İnsanlar da düşünürlər ki, yeni maşınlar bu qədər sərfəlidirsə, niyə köhnə maşın gətirim?” 

E.Əliyevin sözlərinə görə, artıq bir müddətdir yaşı 10 ildən artıq olan avtomobillərin ölkəyə gətirilməsinə qadağa qoyulub. Bu amil də Gürcüstandan gələn avtomobillərin sayını azaldır. Gələcəkdə bu müddət yaşı beş ilə qədər olan avtomobillərə endirilsə, həmin Gürcüstandan gələn avtomobillərdən tamamilə imtina etməli olacağıq.  

E.Əliyevin fikrincə, işlənmiş, yararsız avtomobillərdənsə, yerli və yeni maşınlar daha sərfəlidir: "Gürcüstana əsasən Avropa, ABŞ-dən köhnə, yararsız avtomobillər gətirilir, orada emal edilir, sonra isə müxtəlif ölkələrə satışa çıxarılır. Gürcüstandan gətirilən avtomobillər əksər hallarda problemli olub. Hətta dəfələrlə bu avtomobillərin qəza vaxtı ikiyə bölünməsi halları ilə də qarşılaşa bilirik. Baxdıqda görünür ki, bir neçə avtomobil hissələrindən ərsəyə gəlmiş maşınlardır. Tövsiyə edirəm ki, insanlar köhnə yox, yeni avtomobil alsınlar. Yerli, yeni avtomobil almaq daha güvənli və keyfiyyətlidir”.  

Ekspert deyir ki, artıq insanlar yerli maşın almağı üstün tuturlar: "Əvvəl yerli istehsal yalnız bir marka üzrə olurdu. Bu səbəbdən də insanlar almırdı. Amma artıq müxtəlif marka və modellər mövcuddur. Artıq insanlar zövqlərinə və büdcələrinə uyğun modelləri seçə bilirlər”. 

E.Əliyev Koreya və Çindən gələn avtomobillərə artan marağın doğurduğu mənfi tendensiyalara da toxundu: "Onların Azərbaycanda 20-dən çox rəsmi distributoru var. Müxtəlif qiymətlərdə Çin avtomobilləri mövcuddur. Lakin Çin avtomobilləri qeyri-rəsmi şəkildə də idxal edilir. Hətta qeyri-rəsmi olduğu üçün insanları aldada da bilirlər. Bəzən sifariş olunan maşınlar gəlmir”. 

O, məsləhət görüb ki, insanlar Çin avtomobilləri alarkən qeyri-rəsmi idxal edilən avtomobillərdən uzaq dursunlar: "Çin avtomobilləri rəsmi servisdə 30 min manatdırsa, qeyri-rəsmi 25-26 minədir. Ucuz olsa da, sonradan problemlər yaranır. Çinin daxili bazarı üçün olan avtomobillərdir. Onların sonradan texniki, zəmanət tərəfləri var. Qeyri-rəsmi idxal nə zəmanət verir, nə ehtiyat hissələrini tapmaq olur”. 

Mənbə: "Kaspi" qəzeti

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:158
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 23 Mart 2025 21:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see632

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see345

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see326

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see249

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see241

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see239

Neftin bahalaşması həmişə tələbin artması demək deyil

28 Oktyabr 2026 11:32see223

Qeydiyyatda olmayan “klinika”, qeyri adi müalicə üsulları: “Bioşəfa Sağlamlıq Mərkəzi”nin qaranlıq fəaliyyəti FOTO

28 Oktyabr 2026 11:09see220

İspaniyada dəhşətli qatar qəzası: onlarla insan həyatını itirdi

28 Oktyabr 2026 13:58see216

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

28 Oktyabr 2026 18:11see207

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

28 Oktyabr 2026 19:03see198

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

29 Oktyabr 2026 00:15see195

“Yaxşı balınız olsa da, marketdə rəf tapmaya bilərsiniz” Rejissor kino bazarını belə izah ETDİ

28 Oktyabr 2026 17:27see193

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

29 Oktyabr 2026 01:29see191

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

28 Oktyabr 2026 22:50see189

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see186

Papillomanı yandırmaq kifayət deyil! HPV varsa törəmə yenidən yarana bilər

28 Oktyabr 2026 15:55see179

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see177

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see166

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

29 Oktyabr 2026 01:35see166
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri