Icma.az
close
up
RU
Maşın bazarında qiymətlər QALXACAQ

Maşın bazarında qiymətlər QALXACAQ

Icma.az, Modern.az saytına istinadən bildirir.

Hökumət ölkəyə avtomobil idxalı ilə bağlı yeni vergi dəyişiklikləri tətbiq edəcək. Qərara əsasən, gələn ildən idxal olunacaq yaşı 7-dən yuxarı olan benzin avtomobillərinin aksiz vergisi 1,5 dəfə, dizel mühərrikli avtomobillərinki isə 2 dəfə artırılacaq. Eyni zamanda, bu vaxta qədər müəyyən güzəştlər tətbiq olunan elektromobillər ƏDV-yə cəlb ediləcək, hibrid avtomobillər üçün isə mövcud vergi güzəştlərinin ləğvi nəzərdə tutulub.
Bu dəyişikliklərin avtomobil bazarında qiymətlərə, alıcı tələbinə və ümumilikdə bazarın dinamikasına mühüm təsir göstərəcəyi istisna olunmur. Qərar maşın bazarında bahalaşmaya da səbəb olacaqmı?

Modern.az-a açıqlamasında hüquqşünas, nəqliyyat eksperti Ərşad Hüseynov qeyd edib ki, adətən hər ilin sonunda Vergi Məcəlləsinə dəyişikliklər edilir və bu dəyişikliklər növbəti ildən qüvvəyə minir.

“Gələn ildən etibarən daxili yanma mühərrikli minik avtomobillərinə tətbiq olunacaq aksiz vergilərində mühüm dəyişikliklər nəzərdə tutulur. Hazırda qüvvədə olan qaydalara əsasən, idxal olunan avtomobillərin aksiz vergisi həm istehsal ilinə, həm də mühərrikin iş həcminə görə hesablanır. Əgər minik avtomobilinin istehsal ili 7 ildən yuxarıdırsa, benzin mühərrikli avtomobillər üçün bu göstərici 1.2 əmsalı, dizel mühərrikli avtomobillər üçün isə 1.5 əmsalı ilə hesablanır.

Məsələn, yeni benzin mühərrikli avtomobil üçün aksiz vergisi 10 min manatdırsa, yaşı 7 ildən çox olan analoji avtomobil üçün bu məbləğ 12 min manata yüksəlir. Dizel mühərrikli avtomobil üçün isə eyni halda aksiz vergisi 15 min manat olur”.

Hüquqşünasın sözlərinə görə, 2026-cı il yanvarın 1-dən etibarən bu əmsallar artırılacaq.

“Belə ki, yeni dəyişikliklərə əsasən 7 ildən yuxarı benzin mühərrikli avtomobillərin aksiz vergisi 1.2 deyil, 1.5 əmsalı ilə hesablanacaq, gələn ildən dizel mühərrikli avtomobillər üçün isə əmsal 1.5-dən 2-yə qaldırılacaq. Bu dəyişiklik nəticəsində yaşı 7-dən çox olan avtomobillərin aksiz vergisi 25-33 faiz civarında artacaq.

Eyni zamanda, hibrid avtomobillər üçün tətbiq edilən güzəştlər də gələn ildən dayandırılacaq. Bu isə o deməkdir ki, yanvarın 1-dən etibarən hibrid və köhnə avtomobillərin idxal rüsumları artacaq, nəticədə avtomobil bazarında qiymət artımı qaçılmaz olacaq”.

Ekspert həmçinin bildirib ki, bu dəyişikliklərin əsas məqsədi köhnə avtomobillərin ölkəyə gətirilməsinin qarşısını almaq, daha yeni və ekoloji təmiz avtomobillərin idxalını stimullaşdırmaqdır:

“Hökumət istəyir ki, 7 ildən çox istismar olunan avtomobillərin Azərbaycana gətirilməsi səngidilsin. Çünki bu avtomobillər artıq ekoloji baxımdan da, texniki cəhətdən də köhnədir. Yeni qaydalar daha çox kiçik mühərrikli, az yanacaq sərf edən, ekoloji təmiz, elektrik və hibrid avtomobillərin gətirilməsini təşviq edəcək”.

Ekspert eyni zamanda vurğulayıb ki, bu dəyişikliklər avtomobil bazarında bir neçə istiqamətdə təsir göstərəcək:

“İlk növbədə ölkəyə ümumi avtomobil idxalı azala bilər. Bundan əlavə hibrid avtomobillərin payı azalacaq, elektrik avtomobillərin payı isə nisbətən artacaq. Həmçinin, daxili yanma mühərrikli, yeni və kiçik mühərrikli avtomobillərə marağın yüksələcəyi, ümumi qiymətlərdə isə artım müşahidə olunacağı gözlənilir”.

Ə.Hüseynov vurğulayıb ki, idxal rüsumlarının qalxması avtomobilin ümumi satış qiymətinə də birbaşa təsir edir. Onun sözlərinə görə, bu ikinci əl avtomobillərin alqı-satqısında da bahalaşmaya səbəb olacaq.

Azərbaycan Avtomobil Dilerləri Assosiasiyasının sədri Eyyub Əliyev bildirib ki, hazırda ölkədəki minik avtomobili parkının 86 faizindən çoxunu yaşı 10 ildən yuxarı nəqliyyat vasitələri təşkil edir:

“Bu göstərici 2022-ci ilə aiddir və həmin dövrdə artıq ölkəmizin avtomobil parkı köhnəlmiş hesab olunurdu. Hibrid və elektrik avtomobillərə verilən güzəştlər bu parkın yenilənməsinə ciddi təkan verib. Eyni zamanda, taksi parklarının yenilənməsi istiqamətində də işlər görülürdü. Bundan başqa, yaşı 10-dan çox olan avtomobillərin ölkəyə gətirilməsinə qadağalar tətbiq olundu və utilizasiya prosesi başlandı”.

E.Əliyev hesab edir ki, yaşı 7 ildən yuxarı avtomobillərin aksiz dərəcəsinin artırılması da parkın cavanlaşmasına xidmət edəcək:

“Əgər təhlükəsiz və zəmanətli avtomobil istəyiriksə, onu rəsmi idxalçılardan almaq daha məqsədəuyğundur. Biz assosiasiya olaraq bunu tövsiyə edirik, lakin seçim, təbii ki, vətəndaşların öz ixtiyarındadır”.

Onun sözlərinə görə, hazırda Azərbaycana yeni avtomobillər ən çox Çin, Koreya və Avropa ölkələrindən, ikinci əl avtomobillər isə Yaponiya, Koreya və ABŞ-dan gətirilir:

“Bu qaydalar bütün ölkələr üçün eynidir. Yəni, hibrid avtomobillərə verilən güzəştlər bitibsə, fərq etmir, avtomobil Avropadan, yaxud Asiyadan gətirilib. Əsas olan istehsal ili və mühərrik növüdür”.

E.Əliyev sonda əlavə edib ki, 2026-cı ildən avtomobil idxalında yeni mərhələ başlayacaq. Köhnə və hibrid avtomobillərin baha başa gəlməsi bazarda qiymət artımı ilə müşahidə olunacaq, nəticədə elektrik mühərrikli və yeni nəsil avtomobillərin payı artacaq.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:320
embedMənbə:https://modern.az
archiveBu xəbər 07 Noyabr 2025 09:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see301

Bazar 60 faiz kiçilib...

06 Noyabr 2026 20:51see290

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see287

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

07 Noyabr 2026 00:28see257

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see243

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see240

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see234

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see230

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see222

1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

07 Noyabr 2026 02:01see220

İcbari tibbi sığorta ilə bağlı şad xəbər...

06 Noyabr 2026 22:30see213

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see212

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see209

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see208

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see203

Qadınlar niyə 40 yaşından sonra daimi yorğunluq hiss edirlər?

06 Noyabr 2026 21:51see202

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

07 Noyabr 2026 09:37see201

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see198

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see195

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri