Icma.az
close
up
RU
Maşın sayına görə Azərbaycan dünyada 112 ci yerdədir Açıqlama

Maşın sayına görə Azərbaycan dünyada 112 ci yerdədir Açıqlama

Icma.az, Demokrat.az portalına istinadən məlumatı açıqlayır.

Azərbaycanda avtomobillərin sayı 2 milyon ədədə yaxınlaşır. Hazırda Azərbaycanda hər 1000 nəfərə təxminən 188 avtomobil düşür. Bu göstəriciyə görə ölkəmiz dünyada 112-ci yerdə qərarlaşıb. Hətta Liberiya və Botsvana kimi Afrika ölkələrində avtomobillərin əhaliyə nisbəti Azərbaycandan daha yüksəkdir. Buna baxmayaraq, Azərbaycanda şəhərlərdə yaranan tıxacların əsas səbəblərindən biri kimi avtomobillərin çoxluğu göstərilir və onların sayının azaldılmasına yönəlmiş tədbirlər müzakirə olunur.
Azərbaycan Avtomobil Dilerləri Assosiasiyasının idarə heyətinin sədri Eyyub Əliyev Demokrat.az-a açıqlamasında bildirib ki, bu say sadəcə statistikadır:
“Biz əslində çalışmalıyıq ki, bizim avtoparkımızın problemi bu gün avtomobillərin sayının az olması deyil. Bu gün bizim avtoparkımızda yaşı 10 ildən yuxarı, hətta 20 ildən yuxarı olan kifayət qədər köhnə avtomobillər var. Artıq son illərdə də bu istiqamətdə həm biz, Avtomobil Dilerləri Assosiasiyası olaraq, həm dövlət qurumları, ümumiyyətlə, özəl sektor və dövlət dialoqu çərçivəsində müxtəlif təkliflər veririk.
Dövlət qurumları da müxtəlif layihələri incələyir. Yəni əgər belə mühüm məsələyə baxsaq, biz ölkəmizin imici üçün avtomobil sayını çoxaltmalı deyil, parkımızda olan köhnə avtomobillərin sayını azaltmalıyıq.
Bu istiqamətdə də hazırda, bildiyiniz kimi, utilizasiya prosesi gedir, köhnə avtomobillər utilizasiyaya cəlb olunur, yeni avtomobillərin avtoparka daxil olması istiqamətində işlər görülür. Hətta son qərarlardan sonra, bildiyiniz kimi, taksi parkının demək olar ki, 80-90 faizi yeniləndi. Taksi parkında artıq yeni avtomobilləri müşahidə edirik.
O əlavə edib ki, biz öz inkişaf istiqamətimizi, avtomobillərin azlığı-çoxluğu ilə deyil, mövcud parkın daha yeni avtomobillərlə əhatə olunması, təmin olunması istiqamətində qurmalıyıq:
“Bu gün də bu, bizim əsas və vacib prioritetimiz olmalıdır. Yaşı 10 ildən yuxarı olan avtomobillər ölkəmizin imicinə də ziyan vurur, şəhərdə tıxacların yaranmasına da səbəb olur. Köhnə avtomobil yolda xarab olduqda artıq tıxaclar əmələ gəlir. Burada vətəndaşın vaxt itkisi, maliyyə itkisi baş verir. Yəni bu kimi hallar bir sıra problemlərə səbəb olur”.
Fidan Hacızadə
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:176
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 26 Avqust 2026 20:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see408

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see402

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see278

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see259

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see248

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see241

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see239

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see235

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see234

Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

25 Oktyabr 2026 13:45see218

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see207

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see207

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see203

İnsanlar cəmi 6 deyil, 27 fərqli emosional hal var

25 Oktyabr 2026 13:08see202

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see201

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see198

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see195

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see194

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see193

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri