Maşına sayrışan işıq quraşdıran sürücü hər dəfə əks yola çıxıb təhlükə yaratdı VİDEO
Icma.az xəbər verir, Avtosfer saytına əsaslanaraq.
Paytaxtın Binəqədi rayonunun müxtəlif qəsəbə və küçələrində yol hərəkəti qaydalarını kobud şəkildə pozan sürücü görüntülərini sosial şəbəkədə hesabında paylaşıb.
Avtosfer.az-ın məlumatına görə, 99-RK-126 dövlət nömrə nişanlı “Renault” markalı avtomobilin sürücüsü maşının ön alın şüşəsinə operativ nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş göy və qırmızı sayrışan işıq siqnalları quraşdıraraq sürüb. Digər kadrda o, bütöv xəttin tələbini pozaraq əks istiqamətli yola çıxıb və qarşı tərəfdən gələn maşına qəza şəraitinə səbəb olub. Başqa bir videoda isə sözügedən sürücü işıqforun qırmızı işığına əhəmiyyət vermədən qoşa xəttin tələbini pozaraq əks istiqamətli yola keçib və yenidən təhlükə yaradıb.
Nərmin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:83
Bu xəbər 14 May 2025 16:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















