Maşında dərman saxlayırsınızsa, bunu mütləq bilin: Təhlükədədir
Icma.az, Yenisabah saytına istinadən bildirir.
Yay aylarında avtomobildə temperatur qısa müddətdə kəskin yüksələ bilər. Bu isə sürücülərin səyahət zamanı özü ilə götürdüyü bəzi dərmanların tərkibinə və təsirinə mənfi təsir göstərə bilər.
“Yeni Sabah” xəbər verir ki, avtomobilin salonunda, xüsusilə də qapalı və günəş şüalarının düşdüyü yerlərdə temperaturun 70-80 dərəcəyə qədər yüksələ bilməsi bəzi dərmanların saxlanma şəraitinə uyğun deyil.
Mütəxəssislərin məlumatına görə, dərmanların əksəriyyətinin təxminən 20-25 dərəcə temperaturda, quru və sərin şəraitdə saxlanılması tələb olunur. Buna görə də onları avtomobilin torpeda gözündə uzun müddət saxlamaq düzgün deyil. pizza hut
Xüsusilə insulin və inyeksiya qələmləri, nitroqliserin tərkibli ürək dərmanları, astma inhalyatorları, maye antibiotiklər, eləcə də soyuq zəncir şəraitində saxlanılmalı bioloji preparatlar və bəzi göz damcıları yüksək temperaturdan qorunmalıdır.
Dərmanın görünüşünün dəyişməməsi də onun təsirinin qorunduğu anlamına gəlmir. Həddindən artıq istilik bəzi preparatların aktiv maddəsini zədələyə və onların effektivliyini azalda bilər.
Səyahət zamanı dərmanları avtomobildə aparmaq zərurəti yaranarsa, onları birbaşa torpeda gözündə saxlamaq əvəzinə, temperaturun təsirindən qoruyan xüsusi izolyasiyalı çantalardan istifadə etmək tövsiyə olunur.
Dərmanların saxlanma temperaturu preparatdan asılı olaraq dəyişə bilər. Buna görə də hər bir dərmanın qablaşdırmasında və təlimatında göstərilən saxlanma qaydalarına əməl etmək vacibdir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:99
Bu xəbər 15 Sentyabr 2026 13:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















