Maşındakı bu sistemə nəzarət edilməsə, qəza baş evrə bilər FOTO
Avtosfer saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Avtomobillin hərəkət hissəsinin mühüm komponenti olan ilişmə muftası və baş silindrin nasazlığı ciddi problemlərə yol aça bilər.
Avtosfer.az xəbər verir ki, mütəxəssislər xəbərdarlıq edirlər ki, bu hissədə yaranan nasazlıq həm avtomobilin idarəetməsinə, həm də təhlükəsizliyə birbaşa təsir edir.
Mufta sistemi hidravlikdir, pedalın hərəkətini təmin edən əsas komponent baş silindrdir. Bu hissə vasitəsilə maye hərəkətə gətirilir və ötürmənin düzgün işləməsini təmin edir. Yeni nəsil nəqliyyat vasitələrində bu sistemə əlavə sensorlar da inteqrasiya olunub ki, bu da idarəetməni daha funksional və təhlükəsiz edir.
Nasazlığın əlamətləri nələrdir?
Baş silindrdə nasazlıq zamanı sürücülər bir sıra əlamətlərlə qarşılaşa bilərlər. Bunlar arasında pedalın işləməməsi, gec ayırma və ya ayırmama, mufta diskinin yerində fırlanması və titrəyiş daxildir. Mufta pedalının ötürməni çox tez və ya gec ayırması və ya maye səviyyəsinin aşağı olması, baş silindrin nasaz olduğunu göstərə bilər.
Transmissiya sistemində hər hansı bir nasazlıq müşahidə edilərsə, sürücülərin dərhal texniki xidmətə müraciət etməsi tövsiyə olunur.
Avtomobil mütəxəssisləri sürücülərə xəbərdarlıq edir ki, baş silindr kimi vacib komponentlərdə yaranan nasazlıqlar yolda gözlənilməz təhlükələrə səbəb ola bilər. Bu səbəbdən də ilkin əlamətlər görünən kimi texniki müayinə vacibdir.
Eltac Zülfüqaroğlu
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:129
Bu xəbər 29 May 2025 11:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















