Maşını əks yolda park edən sürücü avtobusun yolunu kəsib dava da etdi VİDEO
Avtosfer portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Paytaxtın Yasamal rayonu, MİDA yaşayış kompleksinin yaxınlığında dayanma-durma qaydasını pozan sürücü görüntülənib.
Bu barədə izləyicilərdən biri Avtosfer.az-ın “Whatsapp” ünvanına videomaterial göndərib. Hadisə avqustun 14-də günorta saatlarında qeydə alınıb. Kadrdan da göründüyü kimi, 77-BQ-504 dövlət nömrə nişanlı “Chevrolet Cruze” markalı avtomobilin sürücüsü maşını əks istiqamətli yolda park edib. Nəticədə o, qarşı tərəfdən gələn sərnişin avtobusunun hərəkətinə əngəl törədib. Üstəlik qayda pozan şəxs avtomobildən düşərək ona iradını bildirən avtobus sürücüsü ilə mübahisə də edib. Törətdiyi xətanın videoya çəkildiyini görən sürücü maşınına əyləşərək avtobusa yol vermək məcburiyyətində qalıb.
Nərmin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:71
Bu xəbər 14 Avqust 2025 15:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















