Maşının döşəmə örtüyündəki nəmdən necə tez qurtulmaq olar?
Bizim media portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Yağışlı havaların gəlişi ilə avtomobillərdə tez-tez rast gəlinən xoşagəlməz bir problem ortaya çıxır: ayaqaltıların altında nəmlilik yaranır. Ayaqqabılarla içəri daşınan yağış, palçıq tədricən suya çevrilərək avtomobilin döşəmə örtüyünə hopur.
Bundan başqa maşının özünün daxili problemləri, xüsusən də antifriz sızması ilə də ayaqaltı hissə nəm çəkə bilər. Bu da zanamla içəridə kif, rütubətli qoxu yaradacaq, həmçinin maşının alt hissəsini və orada yerləşən əhəmiyyətli naqilləri çürüdəcək.
Əlbəttə ki, bunun ən yaxşı yolu maşını ustaya aparmaq, servis xidmətləri göstərməkdir. Amma hər hansı texniki problem yoxdursa, yalnız yağışdan, sudan nəmlənibsə, o zaman sadə mikrofiber parça olduqca effektiv vasitədir. Yüksək hopdurma qabiliyyətinə malik olan bu parçaları əksər təsərrüfat malları mağazalarından əldə etmək olar və onlardan dəfələrlə istifadə etmək mümkündür.
Mikrofiber, suyu öz aralarında saxlayan nazik sintetik liflərdən ibarətdir. Bu xüsusiyyət parçaya səthdəki rütubəti heç bir tükcük və ya iz qoymadan tez bir zamanda özünə çəkməyə imkan verir. Amma təxminən yarım saatdan sonra parçanı götürmək lazımdır. Ayaqaltını dərhal yerinə qoymaq məsləhət görülmür. Döşəmə örtüyünün qurumasına imkan yaranmalıdır, məsələn, avtomobili idarə edərkən isti hava axınını döşəmə hissəsinə yönəltmək olar.
Şəfiqə Şəfa, Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:114
Bu xəbər 04 Noyabr 2026 14:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















