Icma.az
close
up
RU
Maşının üstünə ağac aşdı Ziyanı kim ödəyəcək?

Maşının üstünə ağac aşdı Ziyanı kim ödəyəcək?

Icma.az, Demokrat.az portalına istinadən məlumat yayır.

Çoxmərtəbəli yaşayış binalarının həyətində və ya binaların aşağı hissəsində avtomobillər saxlanılır. Lakin bu, bəzən sürücülər üçün riskə çevrilir. Belə ki, bəzi hallarda mənzillərin eyvanlarından müxtəlif əşyaların aşaraq yerə düşməsi avtomobillərə ciddi ziyan vurur. Xüsusilə küləkli havalarda isə təhlükə daha da artır. Güclü küləyin təsiri ilə ağaclar qırılaraq maşınların üzərinə aşır və maddi zərərə səbəb olur.
Məsələni şərh edən hüquqşünas Ramil Süleymanov Demokrat.az-a açıqlamasında deyib ki, binaların üzərindən hər hansı bir hissənin maşınların üzərinə düşməsi nəticəsində avtomobilə vurulmuş zərər mütləq şəkildə birinci hüquq-mühafizə orqanı tərəfindən araşdırılmalıdır:
“Orada müəyyən olunarsa ki, vətəndaşların ehtiyatsız davranışı nəticəsində avtomobilə zərər dəymişdir, həmin vətəndaşdan izahat alınacaq . Bu zaman cinayət işinin başlanması, rədd olunması və ya digər qərar qəbul ediləcək. Şəxsin məsuliyyəti həmin qərarda öz əksini tapacaqdır. Əgər bina rəhbərliyi, yəni binanı idarə edən qurum tərəfindən, məsələn, damından və ya üzlüyündən hər hansı bir hissənin qoparaq avtomobilin üzərinə düşməsi nəticəsində zərər baş veribsə, həmin binanın idarəçiliyinə cavabdeh şəxs birbaşa məsuliyyət daşıyır. Bu halda vətəndaşın müraciəti əsasında hüquq-mühafizə orqanı araşdırma aparır. Müəyyən olunarsa ki, düşən parça sırf binaya məxsusdur və binanın idarəçilərinin məsuliyyətsizliyi nəticəsində qoparaq düşübsə, avtomobilinə zərər dəymiş şəxsin mülki qaydada iddia qaldırmaq və binanın rəhbərliyinə qarşı təzminat tələb etmək hüququ yaranır”.
O bildirib ki, güclü külək zamanı bəzi ağacların avtomobillərin üzərinə aşması kimi hallar baş verir:
“İlk növbədə hadisə ilə bağlı polisə və ya FHN-ə məlumat verilməli, fakt rəsmi şəkildə sənədləşdirilməlidir. Avtomobilə dəyən ziyanın fotoları və video görüntüləri toplanmalı, şahidlər varsa qeydə alınmalıdır. Ağacın hansı quruma məxsus olduğu müəyyənləşdirildikdən sonra ziyanın ödənilməsi tələbi ilə həmin quruma müraciət edilə bilər. Razılıq əldə olunmazsa, məsələ məhkəmə qaydasında həll olunur”.
Leyla Turan
Demokrat.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:223
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 05 Fevral 2026 20:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see356

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see310

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

07 Noyabr 2026 00:28see272

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see257

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see255

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see250

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see244

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see237

1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

07 Noyabr 2026 02:01see234

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see231

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see219

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see219

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see217

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

07 Noyabr 2026 09:37see211

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see210

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see209

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see205

NYMEX əmtəə birjasında təbii qazın qiyməti artıb

07 Noyabr 2026 09:07see205

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see205

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri