Maşınla qadını vurub öldürərək hadisə yerindən qaçan sürücüyə hökm oxundu
Pravda.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Gəncə Ağır Cinayətlər Məhkəməsində yol qəzası törətməkdə təqsirləndirilən Ramil Əkbərovun cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Dadaş İmanovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü o, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməklə 5 il 21 gün müddətinə azadlıqdan məhrum edilib.
İttihama görə, hadisə 05 noyabr 2024-cü il tarixdə, saat 21:30 radələrində Qovlar-Saratovka avtomobil yolunun Tovuz rayonu, İbrahimhacılı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, Ramil Əkbərov “Toyota Aurıs” minik markalı avtomobillə sərxoş halda hərəkətdə olarkən piyada Kimya Bağırovanı vurub. Nəticədə qadın hadisə yerində ölüb, sürücü isə ərazidən qaçıb.
Polis əməkdaşları tərəfindən hadisəni törətməkdə şübhəli bilinərək hadisə yerindən qaçan "Toyota Auris" markalı avtomobilin sürücüsü Ramil Əkbərov müəyyən olunaraq saxlanılıb və barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib.
Kamal Məmmədov


