Icma.az
close
up
RU
“Qarabağ”a bel bağlamamışdıq” Şəhriyar Əliyev günahı özlərində gördü

“Qarabağ”a bel bağlamamışdıq” Şəhriyar Əliyev günahı özlərində gördü

Footbal-plus saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Azərbaycanda futbol mövsümünə yekun vuruldu. Sumqayıtda keçirilən ölkə kubokunun final oyununun nəticəsini təkcə “Sabah”la “Qarabağ”ın yox, “Zirə” ilə “Turan Tovuz”un da azarkeşləri maraqla gözləyirdi.

Və sonuncular ağdamlıların qələbəsini arzulayırdı. Axı belədə “qartallar”ın Avropa, tovuzluların Konfrans Liqasına yolu açılacaqdı. Hətta Tovuzda azarkeşlərin finalı izləməsi, sonra da komandalarının avrokuboklara vəsiqəni bayram etməsi üçün xüsusi yerlər hazırlanmışdı. Sonda tovuzlu azarkeşlər məyus halda evlərinə dağılışdılar.
“Turan Tovuz” camiəsinin isə gileylənməyə haqqı yoxdu. Ona görə ki, zamanında qələbə, xal qazanıb, 3-cü pilləni ələ keçirmək lazım idi. Amma Kurban Berdıyev və futbolçuları “Qarabağ”ın kuboku qazanacağını, 4-cü yeri tutmaqla da Avropaya yollana biləcəklərini düşünürdülər. Sadəcə, bizdə yaxşı bir el məsəli var e, onu unutmuşdular: qonşuya ümid olan şamsız qalar!
Bəs “Turan Tovuz”un avrokuboklardan kənarda qalmasının məsuliyyəti kimin üzərinə düşür? “Qarabağ”a bel bağlamaq doğru strategiya idi Bu sualları klubun sabiq vitse-prezidentinə, kapitanına və azarkeş qrupunun rəhbərinə ünvanladıq.
Yaşar Sultanov (sabiq vitse-prezident):

“Yox, təbii ki, Qarabağın nəticəsinə bel bağlamaq heç vaxt komandanın strategiyası olmayıb və ola da bilməz. Bu, sadəcə, yekun turnir cədvəlinin doğurduğu bir təsadüf idi. Ümumiyyətlə, “Turan Tovuz”un turnir cədvəli üzrə yekun mövqeyi mənim üçün üzücü oldu. Axı komanda rahatlıqla daha yüksək yerlərdə qərarlaşa bilərdi. Çox acınacaqlı və təəssüf doğuran məğlubiyyətlər yaşadı komanda. Ən çox xalları autsayderlərlə oyunlarda itirdilər. Bundan əlavə, komandanın müdafiə xətti uzun müddətə sıradan çıxdı və oyun ritmi tam pozuldu. Klubda görülən məqsədyönlü işləri nəzərə alaraq, inanıram ki, növbəti il yenilənmiş, daha mübariz bir komanda görəcəyik”.

Şəhriyar Əliyev (kapitan):

 “Kollektiv olaraq, Konfrans Liqasında iştirak etmək istəyirdik. Sona qədər mübarizə apardıq. “Araz-Naxçıvan”ı geridə qoyub, şanslarımızı daha da yaxşılaşdırmaq istəyirdik. “Qarabağ”a bel bağlamamışdıq. “Qarabağ”ın kubokun qalibi olmasını istəyirdik, alınmadı. Üçüncü yeri özümüz qazanmaq istəyirdik. Avrokuboklara yollanmamağın günahını özümüzdə görürük. Səhvlərə yol verməməyə çalışacağıq. İtirdiyimiz xallar 3-cü pillədən bizi aralı saldı”.

Kamal Saqqayev (“Ultras Turan”ın rəhbəri):

“Bax yaxşı sualdı, verim cavabını. Birbaşa qərəzdi. Hakimlərin vaxtında elədikləri haqsızlıqlar bir komandanın əziyyətini belə puç edir. Qərəzdi, hakimlər ucbatından kənarda qaldıq”.

ƏSƏD SEYİDOV
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:128
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 08 İyun 2025 06:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see292

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see258

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see243

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see242

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see231

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see229

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see228

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see219

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see216

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see216

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see213

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see211

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see202

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see199

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see196

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see191

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see190

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see190

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see189

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri