Icma.az
close
up
RU
Maskatdakı görüş: İran geri çəkiləcəkmi? (ŞƏRH)

Maskatdakı görüş: İran geri çəkiləcəkmi? (ŞƏRH)

Icma.az, Qaynarinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"Oman danışıqları nəticəsində ortaya hər halda nəsə çıxmalıdır".

Bunu Qaynarinfo-ya açıqlamasında siyasi şərhçi Arif Əliyev ABŞ-la İran arasında Omanın paytaxtı Maskatda keçirilməsi planlaşdırılan görüşü şərh edərkən deyib. 

Ekspertin sözlərinə görə, İran özünü qətiyyətli göstərsə də, bir sıra məqamlar Tehranın müharibədən çəkindiyini göstərir:

"Ona görə də İran bəzi güzəştlərə getməyə, bir sıra məsələlərdə geri çəkilməyə məcbur olacaq.  Məlumatlara görə, İran rəhbərliyi böyük məbləğdə vəsaiti ölkədən çıxarmağa başlayıb. Bu da Tehranın həqiqətən qorxu içində  olduğunu göstərir. Ölkənin daxili vəziyyəti də  gərgindir. Tehran uran və nüvə silahı məsələsinin həlli üçün variantları müzakirə etməyə hazır olduğunu da bəyan edib".


Müsahibimizin qənaətincə, hazırkı mərhələdə tərəflərdən heç biri hərbi qarşıdurmaya getməyə tələsmir:

"Bu da yəqin ki, hərbi variantı istəməməkdən irəli gəlir. Amma ABŞ ələ düşən fürsətdən vaz keçməyəcək və ondan sona qədər istifadə etməyə çalışacaq ki, İranla məsələni birdəfəlik həll etsin. Bu isə Tehranın bir neçə dəfə ona qarşı uzanan əllərdən yayınmasının çətinləşməsi ilə bağlıdır. Hazırda qətiyyətlilik əvvəlkindən daha güclüdür. Bununla yanaşı, tərəflər müharibənin başlanmasına da ehtiyatla yanaşırlar. Çünki bunun region üçün böyük  fəsadları ola bilər. Vaşinqton eyni zamanda  amerikalıları İrandan çıxmağa çağırıb. Bu isə müharibə variantının da tam istisna  edilmədiyini göstərir. Bir sözlə, hər iki variant mümkündür".

Qeyd edək ki, İranın xarici işlər naziri Abbas Araqçının sosial şəbəkə hesabında paylaşdığı məlumata görə, ABŞ və İran arasında nüvə danışıqlarının fevralın 6-da Omanın paytaxtı Maskatda keçirilməsi planlaşdırılır. Ağ Ev rəsmisi də ABŞ və İran arasında nüvə  danışıqlarının fevralın 6-da Maskatda keçiriləcəyini təsdiqləyib.

Xatırladaq ki, ilkin olaraq bu danışıqların İstanbulda keçirilməsi nəzərdə tutulmuşdu. Lakin sonradan İran tərəfi İstanbul görüşündən imtina edərək, onun Omanda keçirilməsini daha məqsədəuyğun hesab edib. Bu fonda görüşün ümumiyyətlə baş tutmayacağı ilə bağlı ehtimallar da gündəmə gəlmişdi. 

Rüfət Sultan

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:173
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 06 Fevral 2026 12:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see586

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see307

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see296

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see290

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see284

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see284

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see275

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see256

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see251

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see243

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see242

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see233

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see228

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see228

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see228

Azərbaycanda istehsal olunan dərmanlar SİYAHI

24 Oktyabr 2026 17:56see223

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see222

Restoran biznesi çökür 700 minlik iddia

24 Oktyabr 2026 14:11see221

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see220

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri