Icma.az
close
up
RU
Trampın enerji sanksiyaları: Çin və Hindistan geri çəkiləcəkmi?

Trampın enerji sanksiyaları: Çin və Hindistan geri çəkiləcəkmi?

Sfera.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

ABŞ administrasiyası Rusiyadan neft alan ölkələrə qarşı sanksiyalar tətbiq etməyə hazırlaşır. Sanksiyaların hədəfində əsasən Çin və Hindistanın olduğu bildirilir. Amerikanın tətbiq edəcəyi sanksiyalardan sonra bu iki ölkənin Rusiya ilə enerji əməkdaşlığını davam etdirib-etdirməyəcəyi müzakirə mövzusuna çevrilib.


Məsələ ilə bağlı Sfera.az-a açıqlama verən politoloq Elman Vəliyev bildirib ki, dünyada neft ixrac edən ölkələrin sayı məhduddur və Rusiya enerji ehtiyatlarına görə qlobal bazarda mühüm rol oynayır:


“Dünyada neft ixrac edən ölkələrin sayı çox deyil. Məsələn, Venesuela neft ehtiyatına görə ön sıralarda olsa da, onu sata bilmir. Buna görə də Rusiyanın neft və qazına bir çox ölkə möhtacdır. Trampın planlaşdırdığı sanksiyalarla Rusiyanın sarsıdılacağını düşünmürəm”.

Politoloq xüsusilə Hindistan və Çin kimi ölkələrə bu yolla təsir edilməsinin çətin olduğunu bildirdi:


“Çin və Hindistan həm Şanxay Əməkdaşlıq Təşkilatının, həm də BRİKS-in üzvüdürlər. Hazırda bu üçlük arasında koalisiya formalaşıb və bu ittifaq Amerika və NATO-ya qarşı təhlükəsizlik təminatı kimi çıxış edir. Bu baxımdan inanmıram ki, ABŞ-nin sanksiyalarına görə onlar Rusiya neftindən imtina etsinlər”.


Ekspert həmçinin qeyd edib ki, Rusiya üçün alternativ bazarlar kifayət qədərdir. Əgər Rusiyanın bütün tərəfdaşlarını itirsə belə, Afrika bazarı belə onun üçün yetərlidir.


E.Vəliyevin sözlərinə görə, ABŞ Prezidenti Donald Trampın bu addımlarının arxasında daha çox imic siyasətinin dayandığını deyib:


“Tramp çalışır ki, özünü dünyada sülh yaradan bir lider kimi təqdim etsin. Bəlkə də bu niyyətlə Nobel Sülh Mükafatına namizəd olmaq istəyir”.


Bəsti Rəfizadə
Sfera.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:182
embedMənbə:https://sfera.az
archiveBu xəbər 06 Avqust 2025 15:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see286

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see277

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see262

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see250

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see237

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see236

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see225

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see221

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see215

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see210

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see210

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see210

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see210

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see198

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see196

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see193

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see185

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see182

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri