Icma.az
close
up
RU
Maskdan növbəti qalmaqallı layihə Günəş işıqlarını idarə etməyi hədəfləyir

Maskdan növbəti qalmaqallı layihə Günəş işıqlarını idarə etməyi hədəfləyir

Azpolitika.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Texnologiya dünyasının ən qalmaqallı fiqurlarından biri olan İlon Mask növbəti dəfə diqqət mərkəzinə düşüb. "SpaceX" və "Tesla" şirkətlərinin rəhbəri bu dəfə günəş işığını idarə etməyi nəzərdə tutan yeni layihə üzərində çalışdığını açıqlayıb. 

Milyarder "X" hesabından etdiyi paylaşımda dünya ətrafında yerləşdiriləcək süni intellektlə idarə olunan peyklər vasitəsilə günəş enerjisinin axınını tənzimləməklə iqlim dəyişikliyinin qarşısını almağı planlaşdırdığını bildirib.

O, bu texnologiyanın gələcəkdə planetin istilik balansını qorumaq və iqlim fəlakətlərinin qarşısını almaq üçün istifadə oluna biləcəyini vurğulayıb. Hazırda 9 min Starlink peykini idarə edən iş adamı, bu sistemin gələcəkdə iqlim tarazlaşdırıcı şəbəkəyə çevrilə biləcəyini deyib. 

Ancaq sözügedən layihə elmi dairələrdə mübahisələrə səbəb olub və bəziləri tərəfindən “Matrix” filmindəki qlobal nəzarət ssenarisi ilə müqayisə edilib. Mask izləyicilərindən birinin bu cür güclü sistemin planetin təbii tarazlığını poza biləcəyi sualına sadəcə “Bəli” cavabını verib. O, daha sonra əlavə edib ki, qlobal istiləşməni və ya qlobal soyumanı önləmək üçün kiçik dəyişikliklər kifayət edə bilər və Yer tarix boyu bir neçə dəfə “buz topuna” çevrilib.

Elm adamları isə layihəyə ehtiyatla yanaşırlar. Onların fikrincə, günəş işığını qismən bloklamaq nəzəri olaraq mümkündür, lakin bu proses iqlim sistemində gözlənilməz nəticələrə gətirib çıxara bilər. Əvvəlki elmi təcrübələrdə buludlara əks etdirici aerosollar əlavə etmək və ya atmosferə sülfat qazları buraxmaqla Günəş şüalarının bir hissəsinin geri yansıtılması təklif olunub. Maskın ideyası isə bu prosesi süni intellektlə idarə edilən peyk şəbəkəsi vasitəsilə həyata keçirməyi nəzərdə tutur.

“Business Insider” nəşrinin məlumatına görə, Tesla şirkətinin Kaliforniyanın Palo Alto şəhərində yerləşən gizli laboratoriyasında bu sistem üzərində ilkin sınaqlar artıq aparılır.

"AzPoltika.info"

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:46
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 05 Noyabr 2025 15:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kənd təsərrüfatında süni zəkadan istifadə olunacaq

04 Fevral 2026 01:51see241

Məğlubedilməz BÜRCLƏR: onların ən yaxşı saatı fevralda başlayacaq

04 Fevral 2026 00:13see238

Natiq Cəfərli: “Gürcüstanda benzin ucuzlaşır, çünki dövlətdən yox, bazardan asılıdır”

03 Fevral 2026 13:42see232

Əliyevlə Paşinyan Əbu Dabidə görüşdü Video

04 Fevral 2026 09:23see199

Türkiyə İranın parçalanmasına qarşı açıq və prinsipial mövqe sərgiləyir

03 Fevral 2026 09:46see192

Azərbaycanın Körfəz strategiyası: səssiz, amma dərin... TƏHLİL

04 Fevral 2026 09:38see185

Bakıda şagird məktəbin pəncərəsindən yıxılıb

04 Fevral 2026 14:33see173

m10 platforması ilə bağlı VACİB MƏLUMAT

03 Fevral 2026 16:53see170

Sadıqov: “Üstün tərəf biz idik”

04 Fevral 2026 20:37see170

Rusiyada dəhşətli hadisə: qadın 2 övladı ilə özünü eyvandan atdı

04 Fevral 2026 01:38see167

m10 və bir sıra ödəniş sistemlərində PROBLEM YARANDI

04 Fevral 2026 11:01see166

Naxçıvan Ali Məclisi sədrinə köməkçi təyin edildi

03 Fevral 2026 15:12see165

Aktau və Kəraçi limanları logistika sahəsində əməkdaşlığın inkişafı barədə razılığa gəlib

04 Fevral 2026 20:04see163

Azərbaycana Sibir soyuğu gəlib: Çovğun var

04 Fevral 2026 13:41see159

A Seriyası: “Milan” 3 xalı 3 qolla qazandı

04 Fevral 2026 01:53see157

“ABŞ nin vurduğu PUA qanuni kəşfiyyat missiyası həyata keçirirdi”

04 Fevral 2026 03:04see156

Zelenski müharibənin bitmə tarixini açıqladı: İlk dəfə etiraf etdi

05 Fevral 2026 00:53see153

“Avropa artıq ABŞ ın çətiri altında deyil!”

03 Fevral 2026 22:23see153

Paytaxtın hansı küçələrində sıxlıq var?

04 Fevral 2026 18:40see152

Onu baş nazir seçsəniz, sanksiyalar olacaq ABŞ dən xəbərdarlıq

04 Fevral 2026 09:25see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri