Icma.az
close
up
RU
Menu

Şuşa qəhrəmanlığın rəmzi

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

İmmuniteti gücləndirməyin ən asan yolu...

Azərbaycanlı həkim bu ölkənin səhiyyə nazirinin müşaviri təyin edildi FOTO

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

Avropa Komissiyası: Ukrayna Aİ yə üzvlük yolunda Moldovadan geri qalır

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

Körpələrdə dil bağı hansı problemlərə səbəb ola bilər? Pediatrdan açıqlama

Yod çatışmazlığına nə kömək edir? Həkimdən AÇIQLAMA

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

İqtisadiyyat naziri Berlindəki hoteldə ölü tapıldı

Bir matçda 53 qırmızı vərəqə göstərildi Futbol tarixində rekord Video

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

Master kafedəki hadisənin detalları bilindi Söyüşə görə müştərilərim qaçdı...

Master kafedəki hadisənin detalları bilindi Söyüşə görə müştərilərim qaçdı...

Demokrat.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Zaqatala rayonunda 1986-cı il təvəllüdlü Tural şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı həmyerlisi Nurlana xəsarət yetirib. 
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə 2024-cü ilin aprelin 28-də rayonunun Qandax kəndində baş verib. Tural həmin gün gecə həmkəndlisi Nuralana məxsus “Master” adlı kafedə orta dərəcəli alkoqol sərxoşluğu vəziyyətində səs-küy salıb. O, ünvansız söyüşlər işlətməsi və Nurlanın bu hərəkətlərini irad tutaraq kafedən qovması ilə bağlı ondan qisas almaq qərarına gəlib. Bu niyyətilə yaşadığı evdən gətirdiyi bıçaqla Nurlana ümumilikdə 12 zərbə vurub. 
Hadisəni törədən Turalın barəsində Cinayət Məcəlləsinin 126.2.3-cü (xüsusi amansızlıqla, o cümlədən zərərçəkmiş şəxsə ağır iztirablar verməklə, habelə təqsirkar üçün aşkar surətdə köməksiz vəziyyətdə olan şəxsə qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham elan edilib.
İş üzrə ifadə verən Tural ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib. O, ifadəsində göstərib ki, başqa bir kafedə yeyib-içəndən sonra Nurlanın Zərərçəkmiş şəxs kafesinə gediblər. Orada 1-2 bakal pivə içib.
"Orada yüksək səslə danışsam da, amma kiminsə xətirinə dəyəcək nəsə etməmişəm. Daha sonra Nurlan gəldi və kafeni bağlayacağını dedi. Biz də gedəcəyimizi bildirdik. Orada başqa söhbət olmayıb. Lakin Nurlan başqası ilə mübahisə edən zaman mən araya girdim, Nurlanı çölə çıxartdım. Nurlanın atası da orada olub. Atası ilə söhbət edən vaxt Nurlan yenə həmin adamların yanına getdi və orada durdu. Mən Nurlana dalaşmamağı dedim. Nurlan da dalaşmayacağını söylədi".
Turalın sözlərinə görə, daha sonra o, bulağa gedib, əl-üzünü yuyanda Nurlan orada olan Cavidə yaxınlaşıb: “Ona 4-5 dəfə dedi ki, səni yortaram, səni sökərəm, tökərəm, səni belə edərəm. Nurlana tərəf çevrildim, 1-2 addım atanda Nurlan yumruqla kürək nahiyəmdən vuraraq, məni yerə yıxdı. Yıxılandan sonra da vurmağa davam etdi. Həmin vaxt özümü müdafiə etmək üçün Nurlanı itələdin və bıçaqla ona 2-3 zərbə vurdum. Ancaq Nurlan dırnaqtutan bıçağı ilə özünə zərbələr vuraraq, məni şərləyir. Mən elədiyimi deyirəm. Hər şey ədalətli olmalıdır”.
Təqsirləndirilən şəxs bildirib ki, Nurlanın kafesinə gələnə qədər içki içiblər və sərxoş vəziyyətdə olublar: “Nurlanın kafesində də içmişik. Deyilənə görə, mübahisə səs saldıdığımız üçün yaranıb. Amma biz orada səs salmamışıq. Nurlan mənə nəsə deməyib, yanında olan adama “sakit dur”, ya da nəsə başqa söz deməyib”. 
Turalın sözlərinə görə, daha sonra kafedən evə qayıdıb, əşyalarını, bıçağı götürüb, əşyaları bulağın yanına qoyub, lakin bıçaq üzərində qalıb: “Çöldə qalmağa getdiyim üçün meyvə-tərəvəz doğrayanda lazım olacağına görə götürmüşəm. Bıçaq götürəndə Nurlanı vurmaq niyyətim olmayıb. Nurlan məni yerə yıxdı, döyəndə aşağımdan yuxarı bıçaqla 2 zərbə vurdu. Orada başqa kimsə Nurlana bıçaqla xəsarət yetirməyib. Ola bilsin, digər xəsarətləri o, özü-özünə yetirib. Çünki, Nurlana 12-13 bıçaq zərbəsi vurmamışam. Hadisədən sonra mən evə, Nurlan isə xəstəxanaya gedib”. 
Məhkəmədə təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsi tədqiq olunub. O, həmin ifadəsində özünü ittiham üzrə təqsirli bilib. İfadəsində göstərib ki, Zaqatala rayonunun Qandax kənd sakini Nurlanla qohum deyil, ədavəti yoxdur:
“Nurlan Qandax kəndinin mərkəzində yerləşən “Master” adlı kafeni işlədir. 2024-cü ilin aprelin 27-də, saat 14 radələrində tanışım İrfanla birlikdə Zaqatala rayonunun Əliabad qəsəbəsində yerləşən “Yeklər” adlı kafedə yemək yedik, 2 litrə yaxın spirtli içki qəbul etdikdən sonra əsgər yoldaşım Cavid həmin kafeyə gəldi. Bizi görərək yaxınlaşdı. Biraz söhbət etdikdən sonra Cavidi və İrfanı yaşadığım kəndin mərkəzində yerləşən “Master” adlı kafeyə, pivə içməyə dəvət etdim. Birlikdə tanımadığım taksi ilə həmin kafeyə getdik. Kafedə Nurlana pivə və məzələr sifariş etdik. İki bakal pivə içdikdən sonra Nurlan pivə olmadığını bildirdi və yüksək səslə danışaraq digər müştərilərə narahatçılıq verdiyim üçün nalayiq ifadələrlə məni kafedən qovdu. Bu səbəbdən Nurlanla mübahisə etdikdən sonra yaşadığım evə getdim. Lakin Cavid və İrfan kafedə qaldılar. Evə girəndən sonra Cavidin həmin kafedə qalması yadıma düşdü. Cavidi yaşadığım evə dəvət etmək üçün yenidən kafeyə qayıtmaq qərarına gəldim. Eyni zamanda, kafeyə gedən zaman Nurlan üstümə gələrsə və mənimlə dalaşarsa, bıçaqla Nurlanı qorxutmaq məqsədilə yaşadığım evdə bıçağı da özümlə götürmüşdüm. İrfanla Cavidin birlikdə dayanaraq söhbət etdiklərini gördüm. Onlara yaxınlaşaraq Cavidi yaşadığım evə dəvət edən zaman Nurlan yenidən mənə qarşı nalayiq ifadələr işlətməyə başladı. Nurlana cavab vermədim. Həmin vaxt getmək istəyən zaman Nurlan məni arxadan çəkərək, yerə yıxdı, yumruqla belimə, sinəmə vurdu. Həmin vaxt əynimdə olan şalvarın arxa sağ cibində olan mətbəx bıçağını çıxardaraq Nurlanın qarın boşluğuna və sinə nahiyəsinə bıçaqla çoxsaylı zərbələr endirdim. Özüm yerdə yıxılı vəziyyətdə olan zaman da Nurlanı vurmuşam. Bıçaqla neçə zərbə vurduğum yadımda deyil. Nurlan dərhal məni itələyərək qaçdı. Nurlan məndən uzaqlaşdığı üçün bıçağı götürərək yaşadığım evə qayıtdım. Sonra polis əməkdaşları gəldi. Nurlana xəsarət yetirdiyim bıçağı polis əməkdaşlarına təqdim etdim və birlikdə polis şöbəsinə getdik”.
İş üzrə zərərçəkmiş Nurlanın sözlərinə görə, Tural dostları ilə birlikdə içkili vəziyyətdə onun işlətdiyi kafeyə gəlib: “Onlar pivə istədi, mən də verdim. Sonra kafedə insanlar ola-ola Tural söyüşlə danışmağa başladı. İnsanlar söyüşə görə narahat oldular. Turala bir neçə dəfə söyüş söyməməsini desəm də, mənə məhəl qoymadı. Bunun üstündə aramızda mübahisə yarandı. Turalgil oturduqları yerdən duraraq çardağa keçdilər. Söyüşlə danışdıqları üçün kafedə olan insanlar getdilər. Beləliklə, aramızda mübahisə yarandı. Mübahisə zamanı mən Turalı, Tural da məni vurdu. Daha sonra dalaşdıq və hazırkı hadisə baş verdi. Dava zamanı mən bıçaqlandım”.
Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Tural 7 il 6 ay müddətə azadlıqdan məhrum edilib. Zaqatala Rayon Məhkəməsinin 21 may 2024-cü il tarixli hökmü ilə ona təyin edilmiş altı ay müddətə azadlıqdan məhrum etmə cəzası ümumi cəzadan çıxılıb və onun üzərində qəti olaraq yeddi il müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılıb. Onun cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib. 
Hökmdən dövlət ittihamçısı apellyasiya protesti verib. O, cinayət işi üzrə Şəki Ağır Cinayətlər Məhkəməsinin 17 fevral 2025-ci il tarixli hökmünün cinayət qanunun normaları düzgün tətbiq edilməklə dəyişdirilməsini xahiş edib. Şəki Apellyasiya Məhkəməsinin qərarı ilə dövlət ittihamçısının apellyasiya protesti təmin olunub və cəza hissəsində hökm dəyişdirilib.
Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmündən Zaqatala Rayon Məhkəməsinin 21 may 2024-cü il tarixli hökmü ilə təqsirləndirilən şəxsə təyin edilmiş altı ay müddətə azadlıqdan məhrum etmə cəzasının ümumi cəzadan çıxılması və onun üzərində qəti olaraq yeddi il müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılması ilə bağlı müddəalar xaric edilib.
Təqsirləndirilən şəxs Zaqatala Rayon Məhkəməsinin 21 may 2024-cü il tarixli hökmü təyin edilmiş altı ay müddətə azadlıqdan məhrum etmə cəzası qəti cəza müddətinə hesablanaraq cəzaçəkmənin əvvəli 28 aprel 2024-cü il tarixdən hesablanması qərara alınıb. Təqsirləndirilən şəxsin cəzası 7 il 6 ay müəyyən edilib. 
Qeyd edək ki, Tural 2024-cü ildə Cinayət Məcəlləsinin 221.1-ci (xuliqanlıq) maddəsi ilə ittiham olunub.
Fariz Məlikli
Demokrat.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:382
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 28 Yanvar 2026 10:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see582

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see335

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

04 Noyabr 2026 23:08see269

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

04 Noyabr 2026 23:23see267

İmmuniteti gücləndirməyin ən asan yolu...

05 Noyabr 2026 02:13see264

Azərbaycanlı həkim bu ölkənin səhiyyə nazirinin müşaviri təyin edildi FOTO

04 Noyabr 2026 20:36see252

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

05 Noyabr 2026 11:32see250

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see247

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see239

Avropa Komissiyası: Ukrayna Aİ yə üzvlük yolunda Moldovadan geri qalır

05 Noyabr 2026 00:13see232

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see230

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see217

Körpələrdə dil bağı hansı problemlərə səbəb ola bilər? Pediatrdan açıqlama

04 Noyabr 2026 23:16see213

Yod çatışmazlığına nə kömək edir? Həkimdən AÇIQLAMA

05 Noyabr 2026 09:05see212

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

05 Noyabr 2026 17:49see208

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see206

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

05 Noyabr 2026 12:14see203

İqtisadiyyat naziri Berlindəki hoteldə ölü tapıldı

05 Noyabr 2026 00:45see190

Bir matçda 53 qırmızı vərəqə göstərildi Futbol tarixində rekord Video

05 Noyabr 2026 04:46see177

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

05 Noyabr 2026 20:01see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri