Icma.az
close
up
RU
Mastercard VIII Beynəlxalq Bankçılıq Forumunda Qlobal Sponsor olaraq iştirak edib

Mastercard VIII Beynəlxalq Bankçılıq Forumunda Qlobal Sponsor olaraq iştirak edib

Apa.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

3-4 dekabr tarixlərində Mastercard, Bakıda keçirilmiş VIII Beynəlxalq Bankçılıq Forumunun (IBF) qlobal sponsoru olaraq iştirak edib. Forumda bankçılıq və maliyyə sektorunun aparıcı mütəxəssisləri təhlükəsiz və dayanıqlı bankçılıqda ən son trendləri müzakirə ediblər.

Forumun əsas məqamlarından biri Mastercard-ın Azərbaycandakı Ölkə Meneceri Emil Zeynalovun moderatorluğu ilə baş tutmuş "Bankçılıqda Yeni Trendlər və Yeni Nəsil Sadiqlik Proqramları" mövzusunda keçirilən panel müzakirəsi olub. Emil Zeynalovla yanaşı, paneldə Mastercard-ın Rəqəmsal Bankçılıq üzrə Birinci Vitse-Prezidenti Eren Özkan, Mastercard-ın Müştəri Məlumatları üzrə Direktoru Gözde Şahin, Azərbaycan Hava Yollarının Sadiqlik Proqramları üzrə Rəhbəri Araz Əliyev və Kapital Bankın Ekosistem Tərəfdaşlığı Şəbəkəsi Departamentinin Rəhbəri Mahmud Mahmudov iştirak ediblər. Müzakirələr müştəri davranışlarının təhlilinin əhəmiyyəti, müştəri sadiqliyində yaranan yeni trendlər və bankçılıqda sadiqlik proqramlarının gələcəyi mövzularına fokuslanıb.

Emil Zeynalov qeyd edib: "Müasir bazarda öndə olmaq üçün banklar müştəri davranışlarını daim təhlil etməli və strategiyalarını uyğunlaşdırmalıdır. Sadiqlik proqramlarının gələcəyi müştərilərlə daha fərdiləşdirilmiş əlaqələr qurmağa əsaslanır."

Eren Özkan isə bildirib: "Məlumat bankçılıqda yeni valyutadır. Müştəri davranışlarını təhlil edərək daha effektiv sadiqlik proqramları yarada bilərik."

Gözdə Şahin əlavə edib: "Mastercard müştəri davranışlarını təhlil edərək fərdiləşdirilmiş proqramlar hazırlayır və süni intellekt, blokçeyn kimi texnologiyalarla etibarlılığı artırır."

Forumun qlobal sponsoru kimi Mastercard bank sektorunda innovasiyaların inkişafı və yeni nəsil bankçılıq həlləri üzrə əməkdaşlıq müzakirələrinin təşviqi naminə öhdəliyini bir daha vurğulayıb.

Forum, həmçinin, sənaye liderləri, tənzimləyicilər, fintek şirkətləri və beynəlxalq maliyyə institutları arasında fikir mübadiləsi üçün platforma rolunu oynayıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:113
embedMənbə:https://apa.az
archiveBu xəbər 06 Dekabr 2024 14:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see290

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see254

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see241

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see240

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see229

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see226

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see224

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see216

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see212

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see212

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see212

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see201

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see198

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see188

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see187

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see184

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see182

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri