Mateus Silva Yankoviçlə mübahisədən danışdı
Axar.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Mübahisə oyunun bir hissəsidir, futbolda belə şeylər olur. Biz meydanda məhz qələbə qazanmaq üçün mübarizə aparırıq. Aramızda belə hal yaşandı, amma bu, meydanda baş verənlərin bir hissəsidir, başqa bir səbəbi yoxdur.
Axar.az xəbər verir ki, bu sözləri “Qarabağ”ın braziliyalı futbolçusu Mateus Silva Azərbaycan Premyer Liqasının X turunda səfərdə “Qəbələ” ilə keçirilən oyundan (0-0) sonra Teleqraf-a açıqlamasında deyib.
29 yaşlı müdafiəçi qarşılaşmanın ilk hissəsində komanda yoldaşı Marko Yankoviçlə yaşadığı mübahisəyə aydınlıq gətirib.
Oyundan sonra komanda yoldaşı ilə sözügedən məsələ ilə bağlı danışıb-danışmadığı barədə suala Silva belə cavab verib:
“Dediyim kimi, oyundan sonra hamı sakitləşir. Bu, yalnız meydanda baş verir. Orada bir-birimizdən nələrisə tələb edirik və belə bir komandada bu, normaldır. Hamı çempion olmaq istəyir, belə hallar da baş verir”.
Futbolçu baş məşqçi Qurban Qurbanovun hər ikisi üçün nəzərdə tutduğu cəza ilə bağlı açıqlamasına da münasibət bildirib:
“Bu barədə deyəcəyim bir şey yoxdur. Dediyim kimi, biz üç xal qazanmaq, belə bir oyunda qalib gəlmək və çempion olmaq üçün mübarizə aparırıq. Belə hallar olur, hətta ən yaxşı ailələrdə də baş verir və bunda heç bir problem yoxdur”.
Qeyd edək ki, "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov matçdan sonrakı mətbuat konfransında insidentə görə hər iki futbolçunun yüz faiz cəzalandırılacağını bildirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:84
Bu xəbər 01 Noyabr 2026 01:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















