Mats Qrotenbreq 28 yaşında həyatını itirdi
Icma.az bildirir, Milli.az saytına əsaslanaraq.
Niderlandlı futbolçu Mats Qrotenbreq suda baş verən bədbəxt hadisə nəticəsində 28 yaşında faciəli şəkildə həyatını itirib.
Milli.Az xəbər verir ki, bu barədə məlumatı ESPN telekanalı yayıb.
İdmançının ölümü Niderlandın Limburq əyalətində yerləşən "Mukerplas" istirahət zonasındakı hadisə zamanı baş verib.
Məlumata görə, futbolçu çimərkən qayıqla toqquşma nəticəsində dünyasını dəyişib.
Qeyd edək ki, Qrotenbreq 2023-cü ildə həvəskar "Herkules" klubunun heyətində Niderland Kuboku matçında "Ayaks"a qarşı əlavə vaxtda vurduğu qələbə qolu ilə geniş tanınmışdı. Həmin oyun 3:2 hesabı ilə başa çatmış və Amsterdam təmsilçisi turnirlə vidalaşmışdı.
Futbolçu karyerası ərzində PSV və "Vitess" klublarının gənclər akademiyalarında yetişib, daha sonra "TOP Oss" komandasında çıxış edib.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:130
Bu xəbər 26 İyun 2026 12:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















