Matvey Safonovun baqajı hava limanında itib
Idman.biz saytından alınan məlumata görə, Icma.az bildirir.
PSJ və Rusiya millisinin qapıçısı Matvey Safonovun Moskvaya səfəri zamanı baqajı itib.
İdman.Biz xəbər verir ki, 27 yaşlı qolkiper bu barədə şəxsi “Telegram” kanalında paylaşdığı videoda danışıb.
Safonov bildirib ki, səhər saat 04:00-da Moskvaya çatıb, lakin baqajlarından biri hava limanında itib. Onun sözlərinə görə, yaxşı ki, itən çamadanda futbol butsları olmayıb və məşq etmək üçün lazım olan digər ləvazimatlar əlində qalıb.
Qapıçı baqajın yalnız sənədlərdə adı göstərilən şəxsə təhvil verilə biləcəyini, alternativ olaraq isə iki gün ərzində çatdırılma xidmətinin təklif olunduğunu bildirib. Lakin bu variant da onun üçün əlverişli deyil. Belə ki, Safonov noyabrın 12-də Özbəkistana yola düşəcək, həyat yoldaşı isə Krasnodara gedəcək.
Qeyd edək ki, Rusiya millisi noyabrın 12-də Daşkənddə Özbəkistanla, ayın 17-də isə Krasnodarda Venesuela ilə yoldaşlıq görüşü keçirəcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:134
Bu xəbər 09 Noyabr 2026 15:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















