Icma.az
close
up
RU
Matviyenko Ermənistanın yeni spikerini belə təhdid edib: Əgər...

Matviyenko Ermənistanın yeni spikerini belə təhdid edib: Əgər...

Icma.az bildirir, Hurriyyet saytına əsaslanaraq.

Rusiya Federasiya Şurasının spikeri Valentina Matviyenko Ermənistan parlamentinin yeni spikeri Ruben Rubinyana telefon danışığı zamanı İrəvana ciddi xəbərdarlıq edib. Musavat.com erməni mediasına istinadla xəbər verir ki, telefon  söhbətdə Matviyenko bildirib ki, əgər üçüncü ölkələrin sorğuları əsasında Rusiya vətəndaşlarının Ermənistanda saxlanılması davam edərsə, rusiyalı turistlərə Ermənistana səfər etməkdən çəkinmək tövsiyə oluna bilər. Bildirilir ki, bu açıqlama Ermənistan üçün sadəcə siyasi mesaj deyil, həm də ciddi iqtisadi təhlükədir. Çünki ölkənin turizm sektorunun əsas dayağı Rusiya bazarıdır.

2025-ci ildə Ermənistana səfər edən turistlərin 40,7 faizi Rusiyanın payına düşüb. Bu, təxminən 1 milyon nəfər deməkdir. Rusiya bazarının turizm sektorundan çıxması Ermənistan üçün ciddi gəlir itkisi ilə nəticələnə bilər.Məsələnin miqyasını digər ölkələrin göstəriciləri də göstərir. Ermənistanın əsas turizm bazarlarından Gürcüstan və İran Rusiyadan gələn turistlərin sayından xeyli geri qalır. Avropa ölkələri isə bu boşluğu doldurmaq imkanına daha az malikdir.Məsələn, 2025-ci ildə Avropa İttifaqı ölkələri arasında Ermənistana ən çox turist göndərən Fransa olub. Amma Fransadan gələn turistlərin sayı 35 mindən bir qədər çox təşkil edib. Bu rəqəm Rusiya bazarının miqyası ilə müqayisə olunmayacaq qədər kiçikdir. Ona görə də İrəvanda Rusiyadan gələn turistlərin azalmasının Avropadan gələn turistlərlə kompensasiya ediləcəyini söyləmək çətin ki, real iqtisadi hesablamaya əsaslansın.

Rusiya turistləri Ermənistanın yalnız mehmanxana sektoruna deyil, restoran, nəqliyyat, ticarət və digər xidmət sahələrinə də ciddi gəlir gətirir. Təxminən bir milyon nəfərlik turist axınının itirilməsi bu sahələrdə ciddi geriləmə yarada bilər. Matviyenkonun Ruben Rubinyanla telefon danışığında səsləndirdiyi xəbərdarlığın əsas mesajı da məhz budur: Moskva Rusiya vətəndaşlarının üçüncü ölkələrin sorğuları əsasında Ermənistanda saxlanılmasına biganə qalmayacaq.

İrəvan üçün vəziyyət daha da həssasdır. Ermənistan hakimiyyəti son illərdə Qərblə siyasi yaxınlaşmanı artırdığı halda, ölkə iqtisadiyyatının mühüm sahələrində Rusiya bazarından asılılıq qalmaqdadır. Turizm də bunun ən bariz nümunələrindən biridir. Matviyenkonun sözləri Ermənistanın yeni parlament rəhbərinə ünvanlanan adi diplomatik xəbərdarlıqdan daha ciddi məna daşıyır. Moskva faktiki olaraq göstərir ki, siyasi qərarların iqtisadi nəticələri də ola bilər.

Erməni mediası xüsusi vurğulayır ki, indi cəmiyyəti maraqlandıran daha bir aktual sual da  budur: Paşinyan hökuməti Moskva ilə siyasi qarşıdurmanı daha da dərinləşdirərək Ermənistanın turizm sektorunu risk altında qoyacaq, yoxsa Rusiyanın xəbərdarlığını nəzərə alacaq?

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:305
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 23 Avqust 2026 03:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see377

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see318

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see300

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see275

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see267

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see259

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see247

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see240

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see235

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see223

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see212

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see198

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see198

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see193

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see192

“Qlobal iqtisadiyyatda qiymət artımları daxili bazarda da bahalaşmaya səbəb olur” EKSPERT DANIŞDI

19 Oktyabr 2026 17:09see190

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see187

MTK nın fəaliyyəti nə vaxt başa çatmalıdır? EKSPERT AÇIQLADI

19 Oktyabr 2026 17:48see179

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see176

Rusiya və İran Rəşt Astara dəmir yolu layihəsini müzakirə ediblər

19 Oktyabr 2026 19:01see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri